ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini “dəli it oğlu” adlandırıb.
Bakupost.az The Hill-ə istinadən xəbər verir ki, o, həmçininə keçmiş prezident Trampı rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümünə reaksiyasına görə tənqid edib.
Nəşrin məlumatına görə, Bayden San-Fransiskoda (Kaliforniya) keçirilən ianə aksiyasında iqlim dəyişikliyindən danışarkən Putini SOB (son of a bitch)Ş yəni "it oğlu" adlandırıb.
“Bu, ən son ekzistensial təhlükədir, iqlimdir. Bizdə dəli it oğlu Putin və başqaları var. Ona görə də biz həmişə nüvə münaqişəsindən narahat olmalıyıq. Lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir”, - Bayden deyib.
Prezident Bayden Navalnının həbsxanada ölümündə birbaşa Putini günahlandırıb. O, Navalnının ölümünə reaksiyasında Putinin adını çəkməyən, lakin ona qarşı sui-qəsd hazırladığı iddia edilən prokurorlar, hakimlər və demokratlardan şikayət edən Trampı da tənqid edib.
"Əgər mən 10-15 il əvvəl burada dayanıb bütün bunları söyləsəydim, hamınız mənim həbs edilməli olduğumu düşünərdiniz", - deyə Bayden Trampın Navalnı ilə bağlı şərhinə münasibət bildirib.
Prezident deyib ki, respublikaçıların bir vaxtlar “Amerika mənəvi mərkəzi” olub, lakin o, itirilib.
Qeyd edək ki, cümə günü Ağ Ev Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayacaq. Sanksiyalar Navalnınan başına gələnlərə görə Rusiyanın məsuliyyətə cəlb olunması, həmçinin müharibə başlayandan bəri Rusiyaya qarşı tətbiq edilən məhduduyyətlərə əlavələr edilməsi ilə bağlı olacaq.
Zaur
BakuPost