Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə “xarici agentlər haqqında” qanuna qarşı keçirilən etiraz aksiyalarının iştirakçılarını dəstəkləyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Zurabişvili nümayişçilərdən hüquq-mühafizə orqanlarının əməkdaşlarına təxribat törətməməyə çağırıb.
Eyni zaman ölkə baçşısı Zurabişvili daxili işlər naziri Vaxtanq Qomelauridən etiraz aksiyalarını dayandırmamağı tələb edib. O, aksiyanın dinc xarakter daşıdığını və Tbilisidə asayiş üçün heç bir təhlükə yaratmadığını vurğulayıb.
Xatırladaq ki, aprelin 29-da gürcü deputatlar ikinci oxunuşda qeyri-hökumət təşkilatları və KİV-lərin illik gəlirlərinin 20 faizi xaricdən gəlirsə, onların qeydiyyatını nəzərdə tutan xarici agentlər haqqında qanun layihəsini dəstəkləyiblər.
Ertəsi gün Tbilisidə etirazçılar qanun layihəsinə qarşı mitinq keçiriblər.
Qeyd edək ki, ABŞ, Avropa İttifaqı gürcü hökumətinin bu qanunu qəbul etməsini ölkənin avrointeqrasiya yolunda ciddi maneə olacağını vurğulayıb.
Şəbnəm
Gununsesi.info