Milli Məclisin deputatı, tanınmış təhsil eksperti Etibar Əliyev “Xəzər” və “Space” televiziyalarının rəhbərləri haqqında sərt ifadələr səsləndirib.
Gununsesi.info bildirir ki, deputat sosial şəbəkə statusunda bu barədə yazıb:
“Planeta Parni iz Baku”nun iştirakçıları cəmiyyətə həm də intellektuallar kimi təqdim olunmuşdular. Dünən “Xəzər axşam”da Baləlidən götürülən intervüdən gördüm ki, Murad Dadaşov və Vado Korovin kimilər Baləli səviyyəsində olan adamlardır. Bu adamların hələ indiyə qədər bir intellektual verilişlə bağlı layihələrini görməmişik. Narsistlər cəmiyyəti ələ salır. COP29 -la əlaqədar hər gün mütəxəssləri danışdırmaq lazımdır. Sonra deyirlər ki, televiziyalara baxan yoxdur. Bəhramın isə mövzusu kəndçi, şəhərli söhbətidir. Mənasız və məzmunsuz kitablar yazır. Mütaliə olmadığından çox primitiv kitablardır.
Özlərini "İntellektual" adlandıranıara baxanda Baləliyə şükür etmək olar