Namizədlər sırasında bir sıra maraqlı adlar var. Hakim Partiyanın deputatlığa namizədliyini irəli sürdüyü şəxslər arasında Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da var. Onun deputatlığa namizədliyi 112 saylı Zaqatala seçki dairəsindən irəli sürülüb.
Xalqxeber.az-a bu xüsusda maraqlı məlumat daxil olub.
Məlumatda qeyd olunur ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə hazırda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Nahid Bağırovun təyin olunacağı ehtimal edilir.