Gürcüstanın keçmiş dövlət qulluqçuları birgə bəyanat yayaraq etirazçılara qoşulduqlarını ifadə ediblər.
Onlar Gürcüstan əhalisinin azad iradəsinə qarşı amansız zorakılığı qəti şəkildə pisləyib və qınayıblar.
Hazırda bəyanatı 70-dən çox keçmiş dövlət məmuru imzalayıb.
"Biz uzun illər dövlət qulluğunda olmuşuq və gündəlik fəaliyyətimiz çərçivəsində ölkənin inkişafına, onun Avropa və Avro-Atlantik arzularına səmimi və fədakarlıqla xidmət etmişik. Hər bir dövlət qulluqçusunun fədakar əməyi nəticəsində bir çox ölkənin Avropaya inteqrasiyası istiqamətində uğurlar əldə edilib, Lakin son dövrlərdə hakimiyyət tərəfindən qəbul edilən qərarlar Gürcüstanın tarixi Avropa kursundan uzaqlaşmasına ciddi şübhələr yaradıb.
Biz gürcü əhalisinin azad iradəsinə qarşı amansız zorakılığı qəti şəkildə pisləyirik, inanırıq ki, bir çox həmkarlarımız bizimlə eyni demokratik dəyərləri bölüşürlər və onlar öz azad fikirlərini ifadə edərək bizə qoşulacaqlar.