Ukrayna Tramp administrasiyası tərəfindən təklif olunan geniş iqtisadi sazişə, o cümlədən ölkəyə investisiyalarının artırılmasına dair öhdəliklərə düzəlişlər etmək tələbi ilə ABŞ-yə sorğu göndərib.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, martın 28-də videokonfrans zamanı Ukrayna rəsmiləri və vəkilləri amerikalı həmkarları ilə 60 səhifəlik saziş layihəsinin təfərrüatını müzakirə ediblər.
Layihəyə görə, ABŞ vaxt məhdudiyyəti olmadan Ukraynada iri infrastruktur və faydalı qazıntılarla bağlı layihələr üzərində nəzarəti əldə edəcək.
Rəsmi Kiyev narahatdır ki, saziş nəinki Avropaya inteqrasiyanı çətinləşdirəcək, həm də münaqişə başlayandan bəri verilmiş bütün hərbi və iqtisadi yardımların ABŞ-yə qaytarılması tələbi irəli sürüləcək.