Tehranın nüvə proqramı ilə bağlı ABŞ-İran danışıqlarının dördüncü raundu bu həftəsonu, mayın 10-11-də baş tuta bilər.
Bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff xarici mətbuata açıqlayıb.
Onun sözlərinə görə, İranla danışıqlar müsbət istiqamətdə irəliləyir. "Biz müəyyən irəliləyiş əldə edirik. Ümid edirəm ki, danışıqlar düzgün istiqamətdə gedir. Prezident məslənin mümkün olduğu təqdirdə diplomatik yolla həllini istəyir, ona görə də biz onları irəli aparmaq üçün əlimizdən gələni edirik", - Vittkoff deyib.
Bazar ertəsi İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi Tehranın İranın nüvə proqramı ətrafında böhranın həlli məsələsində Vaşinqtonla dolayı danışıqları davam etdirməyə hazır olduğunu və vasitəçi rolunu oynayan Omandan növbəti görüşün tarixini və yerini gözlədiyini bildirib.
