Bərdə 93 saylı seçki dairəsindən deputatlığa namizədliyini vermiş Xəyalə Əhmədovanı ata-baba yurdunda- Hacallı kəndində bir başqa coşğu ilə qarşıladılar.
Namizədin orta məktəb müəllimin belə sevincdən gözləri doldu və bütün Hacallı kəndinin sakinlərinə səslənib dedi ki, bu vaxta qədər Hacallıdan hələ millət vəkili olmayıb, bu bizim camaat üçün xeyirli bir şansdı!
Hər kəs xeyriyyəçiliyi ilə tanınan həmkəndlisinə səs verəcəyindən və bu dəfəki seçkilərin tam dürüst və sağlam olacağından əmin olduqlarını söylədi. Hacallı kəndi səbirsizliklə seçkilər gününü- 9 fevralı gözləyir!