2019-cu ilin yanvar-dekabr aylarında Tərtər rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 2 milyon 165 min 466 manat olan 30 tender keçirilib.
Fed.az-ın məlumatına görə, ötən il Tərtər rayonunda ən çox tender keçirən qurum İcra hakimiyyəti və mərkəzi xəstəxanasıdır. İcra hakimiyyyəti 15, mərkəzi xəstəxana 10 tender müqaviləsi bağlayıb. İcra hakimiyyətinin tenderlərinin ümumi məbləği 1milyon 437,9 min manat, mərkəzi xəstəxananın tenderlərinin ümumi məbləği 189,4 min manat olub.
Ötən il rayonda ən böyük məbləğli tenderləri “İnpeks.N” MMC və “Kamerun-Ev” MMC qazanıb.
“ Kamerun-Ev” MMC 270,9 min manatlıq 1 tender qazanıb.
“İnpeks.N” MMC 570,6 min manat, 428,2 min manat olmaqla iki böyük tenderin qalibi olub. Ümumiyyətlə, rayonda keçirilən tenderlərin ümumi məbləğinin 69%-i “İnpeks.N” MMC-nin payına düşür. Şirkətin qazandığı 18 tenderin ümumi məbləği 1 milyon 504 min manatdır.
Bundan başqa rayonda Tərtər Subartezian Quyularının İstismarı İdarəsi, Tərtər Suvarma Sistemləri İdarəsi və Tərtərçay Hidroqovşağı İstismarı İdarəsi dövlət satınalmaları həyata keçiriblər.