Bu dəqiqələrdə Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilir.
“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.
Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.
Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış etdi.
16:17
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilir.
“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.
Açılış mərasimində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış edir.
