2025‑ci ilin martında “Özsüt”ün Gənclik Mall filialında restoran masasında tarakan tapılması barədə istifadəçi paylaşıb. Restoran isə bu sahənin mall kompleksi daxilində yerləşməsi ilə əlaqələndirərək üzrxahlıq edib və ayda iki dəfə dərmanlama işlərinin aparıldığını bildirib. Bununla yanaşı “TripAdvisor” platformasında 355‑dən çox şikayət və şərh var, burada xidmətin aşağı səviyyəsi və razı qalmama ifadə olunur. “9% xidmət haqqı çox yüksəkdir və xidmət qənaətbəxş deyildi” — qiymətli hesab edilən məbləğ, lakin xidmət uyğun olmayıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, restoranlarda gigiyena qaydalarına əməl olunmaması, xüsusilə zərərvericilərin məsələn, tarakanların aşkarlanması qəbuledilməz haldır:
[center][/center]
“İstənilən halda ciddi nəzarət və araşdırma tələb edir. Belə hallar istehlakçının hüquqlarını və sağlamlığını təhlükəyə atır və heç bir əsasla bəraət qazandırıla bilməz. Şəxsi təcrübəmdə belə bir hadisə olmuşdu. Kanadanın Toronto şəhərində ziyarət etmək istədiyim restoranda bir gün əvvəl tarakan müşahidə olunmuşdu. Bu səbəbdən müəssisə bağlanmışdı və dərhal tədbir görülmüşdü. Bu, gigiyenik normalara ciddi yanaşmanın göstəricisidir. Azərbaycanda da bu cür hallara qarşı nəzarət gücləndirilməli, aidiyyəti qurumlar mütəmadi və ciddi yoxlamalar aparmalıdır. İctimai iaşə müəssisələrində bu kimi hallar aşkarlanarsa, vətəndaşlar dərhal “Qaynar xətt” vasitəsilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə və digər müvafiq qurumlara məlumat verməlidirlər. Qida təhlükəsizliyi və ictimai sağlamlıq məsələlərinə laqeyd yanaşmaq olmaz. Sanitar normalara əməl olunmayan yerdə insanların sağlamlığı ciddi risk altına düşür.