Abşeron rayonun Aşağı Güzdək kənd sakinlərindən Əsgərov Yusif Vaqif oğlu, Lətifov Habil Becan oğlu,Nəsibov Müşfiq Əmir oğlu, və digərləri tərəfindən Prezident cənab İlham Əliyevə və aidiyyatı dövlət qurumlarına “Birdəfəlik unudulmuş və Taleyin ümidinə buraxılmış Aşağı Güzdək qəsəbəsinin aşıb-daşan problemlərindən,yerli məmurların etinasızlığından, passivliyindən” şikayət etmişlər. Şikayətdə qeyd edilənlərin ictimai əhəmiyyət dərəcəsini nəzərər alaraq oxuculara təqdim edirik:
Biz, Aşağı güzdək qəsəbə sakinləri bidlririk ki, yaşadığımız qəsəbədə sosial problemlər aşıb –daşır.Belə ki, müqayisə üçün deyək ki, Azərbaycanın ən ucqar kəndlərində belə içməli su, yol. Abadlıq işləri göz oxşadığı halda, nədənsə paytaxtımızın 13-cü km-də yerləşən qəsəbəmizsanki gözdən könüldən uzaq unudulmuş yerdir.Hansı ki, burada 15000 nəfər əhali yaşayırıq. Problemlər haqqında:
Su məsələsi ən böyük problemi olaraq qalır. Su aylarla olan qalan qəsəbəni əhatə edən 20-25 faiz xəttinə verilmir.Yeni su xəttləri hələ də çəkilməyib. Qalan 70-75 % əhali suyu cibinin puluilə daşınma vasitəsilə alıb istifadə edir.
Qəsəbədaxili yollar: Mərkəzi əsas küçədən başqa demək olarki, məhəllədaxili yolların hamısı bərbad, asfaltsızdır. Sanki orta əsrlər kəndində yaşayırıq. Qəsəbənin çıxışında Bakı istiqamətində hərəkət etmək üçün gərək geriyə, Müşviq qəsəbəsinə gedib sonra paytaxta üz tutaq.Yəni 9-10 km əlavə yol qət edirik. Bakı-Şamaı yolunun sağında yerləşən MİLA firması üçün ayrıca dönmə yerini sifarişlə düzüb-qoşublar, amma 15000 əhalisi olan qəsəbəni nəzərə almayıblar. Qəsəbədaxili yollarımızda küçə işıqlanması yoxdur.Yağış yağanda küçələrdə palçıq əlindən tərpənmək olmur.
Kanalizasiya sistemi ümumiyyətlə yoxdur.Bu məsləilə bağlı rayon rəhbəri xanım İ.gülməmmədova biz vətəndaşlarlasəyyar görüş zamanı bu problemi qaldırsaq da cavabında bildirmişdir ki, “Gedin həyətinizdə hərə bir “ŞANBO” quyuları tikin”.
Səhiyyə sistemi də demək olar ki, yox dərəcəsindədir. Belə ki, tibbi polklinika uçuq və bərbad vəziyyətdədir. Nə bir USİ aparatı, nə də digər sdə aparat vardır.
Marşrutla bağlı onu deyə bilərik ki, bu qədər əhali olan qəsəbəyə yerli Bələdiyyənin nəzdində olan cəmi bir 511 n-li balaca tutumlu 23 yerlik Otoyol avtobusundan cəmi 5 ədədi xəttə buraxılıb işləyir. Nəticədə indiki pandemiya dövründ insanlarımız həmişə olduğu kimi qapılardan asılı vəziyyətdə gedib gəlirlər.Çünki hər avtobusa gündəlik 80-90 mnanat plan qoyulduğu halda, yığılan vəsaitin hara xərclənməsindən xəbərimiz yoxdur.
Hər bir evdən illik əmlak vergisilə barabər əlavə 36 manat təkcə “zibil”pulu veririk. Beləliklə, yerli bələdiyyə fonduna torpaq satışından əlavə təkcə bu xəttlə hər ay 30-40000 AZN daxil olduğu halda bu pulların hara xərclənməsindən xəbərimiz yoxdur.Çünki bələdiyyə tərəfindən heç bir hesabat verilmir.
Köhnədənqalma məktəbimizin ümumi vəziyyəti acınacaqlıdır. Təmirsiz, uçuq haldadır.
Əhali, əlaxsus pensiyaçılar qəsəbədə bankomatın olmamasından çox əziyyət çəkirlər.
Qəsəbəmizin 12 şəhidi olmuşdur.
Cənab Prezident, İlham Əliyev! Doğrusu biz Abşeron rayonun rəhbərindən kanalizasiya məsələsini özünəməxsus tərzdə “həll etdiyinə” görə demək olar ki, tamamilə əlimizi üzmüşük. Yəni bu məsuliyyətsiz cavabdan sonra hər hansı problemin həlli üçün bir də onun qəbuluna getməyimizi özümüzə artıq vaxt itkisi hesab edirk. Elə ona görə də ümidlə Sizə müaraciət edərək hamılıqla xahiş edirik ki, Azərbaycanın hər bir guşəsində apardığınız quruculuq-abadlıq işlırinin bizim qəsəbəmizə də şamil olunması barədə şəxsən göstəriş verməyinizi xahiş edir və hamılıqla minnətdarlığımızı bildiririk.
Hörmətlə,qəsəbə sakinləri: 1. Əsgərov Yusif Vaqif oğlu ( 070-326 27 27),
2. Lətifov Habil Becan oğlu ( 050-541 99 14)
3. Ağayev Yaşar Nizami oğlu
Qəsəbənin əsas dağılmış yolu
