Abşeron rayon Qobu qəsəbəsiqanunsuz tikintini hansı məmur himayə edir?
Abşeron rayonunun Qobu qəsəbəsində "Yeni Məhəllə" adlanan ərazidə, "Sədərək-Binə" yolunun üstündə inşa edilən qanunsuz tikinti faktı aşkarlanıb.
Yerli sakinlərin də narahatlığına səbəb olan bu böyük obyekt tikinti işlərinin hansı əsasla aparıldığı məlum olammasa da, tikintinin sahibi Binəqədi rayon 244 saylı məktəbin direktoru Abbasov Yəhya Müseyib oğludur. 1999-c ildən 244 nömrəli məktəbin direktoru işləyən Abbasov Yəhya Müseyib oğlu təhsil ocağından 26 illik qazancını tikinti işlərinə sərmayə qoyaraq sahibkarlıq iddiasına düşdyü deyilir. İddalara görə, işlədiyi dövürdən məktəbin altın, üstünə çevirən Yəhya müəllimlə bağlı təhsil ocağında yaxşı fikirdə olmayanlarda çoxdur. Daşdan da pul çıxardan qocaman müəssisə rəhbəri 65 yaşını tamamlasa da nədənsə hələdə direktor işləyir. Daxil olan məlumatda bildirilir ki, 65 yaşlı direktor Yəhya Abbasov vəzifədən getmək fikiri olmadığı üçün Elm və Təhsil naziri Emin Əmirullayevə möhtəşəm obyekt inşa etdirir. 65 yaşlı direktorn apardığı tikinti işlərinin hansı əsasla gördüyü bilinməsə də nazirə inşa etdiyi obyektlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumatın olmadığı deyilib.
Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan bu tikinti işlərini Abşeron icra hakimiyyətinin “razılığı “əsasında aparıldığı da iddia olunur. Məsələ ilə bağlı müvafiq qurumların araşdırma aparacağına və qanunsuzluğa yol verən Binəqədi rayon 244 nömrəli məktəbin direktoru Yəhya Abbasov məsuliyyətə cəlb olunacağına inanırıq.
Bildirək ki, əməkdaşlarımızın məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyətindən açıqlama alması mümkün olmayıb. Xatırladaq ki,2022-ci ildən Abşeron icra hakimiyyətinini başçısı Abdin Fərzəliyevdir.(Paytaxt.org)