Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərində meşələrin qırılması davam edir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gün Kəlbəcər-Vardenuis yolunun 2-ci kilometrliyində yük maşını sürücüsü saxlanılıb. Ermənistanın Tavuş vilayətindən olan sürücü işğal altındakı Kəlbəcətrin Çərəktər kəndi yaxınlığında meşə sahəsindən kəsdiyi 13 kubmetr odunu satış üçün Yerevana aparan zaman saxlanılıb.
Hazırda işğal altındakı ərazilərdə meşə sahələri nəzarətsiz şəkildə kəsilir və quru meşə odunu Ermənistana, oradan isə İran və s. ölkələrə satışa göndərilir.
P.S. Bəs, Azərbaycanın işğal altında olmayan Qaxda deputat Azər Kərimlinin başçılığı altında, Oğuzda deputat Aqiyə Naxçivanlının rəhbərliyi altında, Qəbələdə ETSN Regional Meşə Təsərrüfatı İdarəsinin rəhbərliyi altında ərazilərində meşələrin qırılması davam etmir? Edir, özüdə ermənilərə nisbətən çox insafsızcasına. İşğal olunn ərziləri baş düşdük ki, ETSN buraya gücü çatmır. Bəs, turistik zonaların barbarcasına məhv edilməsinə nə deyir ETSN rəhbərliyi? Yaxşı olardı ki, Nazirlik rəsmiləri özləri etiraf edəydi ki, bəli, biz peyk görüntüləri, yerli müşahidə kameraları və meşəbəyilərimiz vasitəsilə hər bir kəsilən. məhv edilən agac pöhranını görür və diqətlə izləyirik. Sadəcə olaraq qanunları yalnız və yalnız sadə vətəndaşlara tətbiq edərək onu hər kəsilmiş ağac üçün 500 manat cərimələyirik. Kütləvi ağac qırılması isə bizlik deyil.Yəni bu iş "yerli ermənilərlikdir", gücümüz çatmır. Vəssəlam.
