Fotoda gördüyünüz bu dövlət məmurunun adı Həsənov Fədail İldırım oğludur.O hazırda Ağdam rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə iş şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir. Ağdam rayonunun cəbhə zonasında yerləşən kənd sakinlərinin verikləri məlumata əsasən F.Həsənovun əsas hobbisi erməni ilə üz üzə dayanmış kəndlərə gəlib mülki vətəndaşlar üçün tikilmiş səğınacaqların önündə xüsusi "QƏHRƏMAN" pozu verməklə şəkil çəkdirmək və onu sosial şəbəkələrdə, orda burda yaymaqla necə cəsarətli oğlan olduğunu nümayiş etdirməkdir. Doğrudur, indiki müharibə şəraitində bu adamın dövlət sirri hesab olunan belə şəkilləri yayması qanunla qadağan olunsa da yerli məmurun bu qadağanı anlamağa o qədər də intellekt səviyyəsi çatmır. Yəni, çatsaydı cılız və ucuz hərəkətlərilə erməni dəyirmanına su tökməzdi. İnanırıq ki, yerli sakinlərin haqlı narazılığına səbəb olan Ağdam rayon İH-nin səlahiyyətlisi cənab F.Həsənov düşmənlə qarşı tərəfdə olan sığınacaqlarımız qarşısında selfi çəkdirərək qürrələnən və bu hərəkətlərinə görə heç kimdən qorxmadğını bildirsə də cənab icra başçısı onu yaxın günlərdə baş salacaqdır.
İfadetv.com
