Bir nüsxəsi cənab Ali Baş Komandan İlham Əliyevə, aidiyyatı üzrə dövlət orqanlarına və bir nüsxəsi də mətbuat orqanlarına ümvanlanan şikayətdə Oğuz rayonun Xal Xal kəndində yaşayan Məmmədov Vüqar Baxtiyar oğlu müraciətində Qarabağdan olan yerli polislərin qanunsuz hərəkətlərindən ailəliklə intihar etmə dərəcəsinə çatdıqlarını bildirir. Doğrusu indiki müharibə vəziyyətində əslən Qarabağdan olan Oğuz Polis şöbəsi əməkdaşlarının çox kasıb bir kənd sakininə qarşı sərgilədikləri qəddarlığa əvvəlcə inana bilmədik. Müəlliflə əlaqə saxladıqdan sonra isə əmin olduq ki, "Burada mənəm, Bağdadda kor xəlifə" fəlsəfəsində həqiqət payı az deyilmiş. Ona görə də Qarabağ cəbhəsində torpaq uğrunda canlarını fəda edən şəhidlərimizə belə hörmətsizlik göstərən Oğuz polislərinin qanunazidd hərəkətləri haqqında verilən müraciətin aktuallığını nəzrə alaraq ictimaiyyətə olduğu kimi təqdim edirik:
Mən, Məmmədov Vüqar Bəxtiyar oğlu Oğuz rayon Xal Xal kənd sakiniyəm. Bildirim ki, Oğuza gəlmiş Polis Şöbəsi rəisi Vüqar ( Ağdamlı), müavini-Ağdamlı və Azər ( Xocalıdan) Oğuz camaatını nəfəs almağa qoymur. Bunların Oğuza gəldiyindən( bir ildir) bir əsas işləri olub ki, hərəsi özünə villa tikdirib yaşamaqır. Mən kasıb adamam. Ailəmi çörək bişirib satmaqla dolandırıram. Meşədən kol-kos yığıb gətirib təndiri yandırıb çörək bişirirəm. Bunlar isə qoymur. Onlar elə bil Oğuza reket gəliblər. İndiki müharibə gedən şəraitdə reketçilik edirlər. Bunlardan birisi polis Quliyev Azərdir ki, 5 ildir ki, meşələrin qırılmağının səbəbkarıdır. Yəni, bu Azəri gör, sonra get meşəni qır-dağıt. Bu adamın pulunu ver, sonra Oğuzda nə cinayəti törədirsən törət. Bunlardan biri müharibə gedən vəziyyətdə meşəyə yeyib içib ova gedirlər və bir nəfər yoldaşları da qabaqda dağdan yıxılıb ölüb. Millət indi bu qaçqın vəzifəlilərin torpağında döyüşür, şəhid olur,b unlar isə burada kef edir. Polis rəisinə söz deyən kimi deyir ki, nazirlikdən gəlmişəm. Hamısı məni tanıyır. Hara istəyirsən şikayət et, xeyri yoxdur. 3 aya yaxındır ki. meşənin içindən bir qucaq kol gətiridim buna görə malı polis şöbəsinə soxublar. Məndən rəis 600 manat istəyir. Deyəmdə jiyə? Deyir ki, keyfim belə istəyir. Biz indi dərdimizi kimə deyək? Deyirəm ki, bizim kəndimizdə qaz yoxdur. Çırpı gətirib çörək bişiriririk. Deyir ki. ancaq əvvəl mənə hörmət elə sonra. Müharibə gedən vəziyyətdə burda reketçilik edir. Həmin yaşadığım mənim evim gəlin çəkin. Görün qapısı, pəncərəsiyoxdur. Bu polisin Oğuza gəldiyi 1 ildir. Özünə villa tikdirib. Rəis də onun meşə quldurlarına krışalıq edən Azər də.
Mən hər yerə şikayət edəcəm dedim. Mənə dedilər ki, səni içəri göndərməyə nə var ki, Bəs mən öz evimdə , öz rayonumda yaşamayım? Özümü öldürmək istəyirəm. Görün bu qaçqınlar bizi nə vəziyyətə qoyublar. Dağda 1 həftə əvvəl içib yıxılıb qalan polisin adı Kazımov Ramindir ( əslən Şuşadandır) şəxs demək olar həmin adam polis əməkdaşıdır. Rəisin ov gətirənidi. Həmin vaxt bir həftə əvvəl Xaçmaz kəndinə şəhid gəlmişdi. Yasda millətin arasından keçib dağa dincəlməyə getmişdilər hamısı.
Polis rəisi və reket Azər meşə müdiri Aləm və ekologiya əməkdaşı Rasim hamısı əlbir olub ortaqlı meşələri qırdırırlar. Mən isə çörək bişirmək üçün kol-kos gətirəndə məndən haqq istənilir. Rəis deyir ki, ancaq 600 manat verəndən sonra çörək bişirə bilərsən.
Hamıdan xahiş edirəm meşələrimizin qırıntıları araşdırılsın. Bunlar hamısı Qarabağlıdır.
Mən öz ailəmizlə özümüzə qəsd etmək həddinə çatmışıq. 3 aydır ki, nə adnan mənim gətirdiyim kol-kosu şöbədə saxlayırlar. Xahiş edirəm maraqlanın və mənə köməklik edin.
P.S. İnanırıq ki, indiki müharibə vəziyyətində, bir neçə gün əvvəl Oğuzun Xaçmaz kəndinə gəlmiş şəhid torpağa tapşırılmamış başsağlığı vermədən camaatın içindən keçib dağlara yeyib-içməyə gedən əslən Qarabağdan ( Ağdamlı, Xocalılı, Şuşalı) olan polislərlə bağlı Daxili İşlər naziri cənab Vilayət Eyvazov lazımi tədbir görəcəkdir.
