Hörmətli Prezident, Cənab Ali Baş Komandan İlham Əliyev!
Sizin mərdliyiniz, uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanın müzəffər Ordusu torpaqlarımızı işğaldan azad etdi. Ordumuzun döyüş meydanında apardığı uğurlu döyüş əməliyyatları nəticəsində əldə edilən Qələbə münasibəti ilə Sizi ailə üzvlərinizlə birlikdə öz ailəm adından təbrik edirəm. Daim dualarımız Sizinlə olub. Bu gün də Sizə Allahdan cansağlığı, uzun ömür, daim sevincli olmağınızı arzulayıram.
Siz sözünüzün üstündə durmaqla bütün dünyaya bəyan etdiniz ki, Qarabağ Azərbaycandır!
Cənab Ali Baş Komandan, bir şəhid anası kimi fəxr edirəm ki, 1994-cü ilin yanvarın 27-də Fizuli cəbhəsində gedən ağır döyüşlər zamanı şəhid olmuş oğlum Əbdürəhimov Faiqin qanı yerdə qalmadı. Bir daha bütün yaralı döyüşçülərə Allahdan şəfa, şəhidlərimizə rəhmət, şəhid analarına səbir diləyirəm.
Eşq olsun Ali Baş Komandan cənab İlham Əliyevə!
Eşq olsun Azərbaycanın Müzəffər Ordusunun hərbçilərinə!
Hörmətlə,
Əbdürəhimova Məfkürə Zaman qızı, şəhid anası.
Azərbaycan Respublikası, Şəki rayonu. Aşağı Göynük kəndi
