Bu gün gecə saatlarından başlayan yağış Bakıda əsas yollarda və ara küçələrdə gölməçələrə və dağıntılara səbəb olub.
İfadetv.com xəbər verir ki, bəzi yerlərdə maşınların və piyadaların hərəkəti çətinləşib, köhnə buraxılış ili olan avtomaşınlar suyun çoxluğundan yolun ortasında batıb qalıb.
Bundan əlavə şəhər ərazisində yolun ortasında dərin çökəklik yaranıb. Bu da avtomobillərin hərəkəti üçün təhlükə yaradıb.
