Keçən sayımızda Lənkəran rayonu, Mamusta kənd sakini Vəliyeva Qızvəst Mirahil qızı tərəfindən “Lənkəran rayon Mamusta kənd xəstəxanasının baş həkim və işçiləri tərəfindən 29 kənd sakinin pensiya və işə düzəlmək adı altında aldıqları cəmi 52800 manat pulun geri qaytarılması ” barədə respublikanın yuxarı direktiv orqanlarına yazdığı ərizəni oxucularımıza təqdim etmişdik. Bundan narahat olan Gülbahar Abbsovanın atası saytımızla əlaqə saxlayaraq DİN-nin 102 xidmətinə məqaləyə və müəllifə görə şikayət edəcəyini bildirmişdir. Biz etiraz etmədik. Həqiqətən də Gülbahar Abbasovadan şikayətçi olan 29 kənd sakinin pullarının geri tələb olunmasına dair şikayətləri 4 aydan çoxdur ki, süründürməçiliyə düşən bir vaxtda Gülbaharın atasının şikayəti dərhal Lənkəran PŞ- tərəfindən icraata götürülmüş və şikayətçi Qızvəst Vəliyevadan izahat alınmışdır. Zərərçəkmiş izahatdında bir daha G.Abbsovanın onun ailəsini və kənd sakinlərini aldatdığını və Lənkəran polisi tərəfindən açıq-aşkar heç bir tədbir görülmədiyini bir daha təsdiq etmişdir. Lakin bizi redaksiya olaraq ən çox məyus edən məsələ Qızvəst xanımın da qeyd etdiyi kimi,
Mamusta kənd xəstəxanasında işləyən əmisi qızı olan Abbasova Gülbahar Xanhəsən qızının əvvəlcə rəhmətlik Rövşən Lənkəranskinin anası Hacıxanım ananın yanında katibə kimi də işləyirmiş kimi özünü təqdim etməklə əvvəlcə atasının, əmisinin, bacısı Mirvarinin və diggər tanış adamların əlillik pensiyasına çıxmaq, işə düzəlmək kimi problemlərini çox asan həll edə bilməsinə inanaraq İlk növbədə atası Mirahilin ciddi xəstəliyinə görə ona 2000 manat verməsindən,daha sonra qardaşı Əhmədağanın da pulunu ürək xəstəliyindən pensiyaya çıxmağa görə, bacısı Mirvarinin də beləcə pulunu Gülbahara verib sonra aldadığını başa düşmüşdür. Eləcə də digər kənd sakinlərinin də pensiya və iş məslələrinin həlli üçün Gülbahara verdiyi pulların yerini soruşduqda isə o işlədiyi xəstəxanada baş həkim Şakirə, Talehə və Könülə verərək işi düzəldəcəyini bildirmişdi. Beləliklə bütün ciddi xəstə olan qohum-əqrəbadan –cəmi 29 nəfərdən əlillik pensiyası və iş düzəltmək adı ilə mənim yanımda Gülbahara cəmi 52800 manat pul verildiyini və ziyan düşdüklərini bildirmişlər.
Doğrudur, sakinlərin aldadılmaları ilə bağlı verdikləri şikayətlərdən sonra Lənkəran RPŞ-də iş Elvin adlı müstəntiqin icraatına verilsə də o bu məsələni süründürməçiliyə salmışdır. Baxmayaraq ki, zəzərçəkmiş kənd sakinlərinin çoxu verdikləri pulların hansı problemlərinin həll edilməsi üçün yazdıqları izahatlarında bir daha təsdiq etmişlər.
Lakin maraqlıdır ki, çoxsaylı vətəndaşların külli-miqdarda aldadılması və pullarının mənimsənilməsi faktı üzrə Polis Şöbəsində aparılan araşdırma nəticəsiz qalmışdır. Halbuki, bu məsələdən yerli İH-nin ərazi nümayəndəsi, DTX-nın yerli şöbəsi, Lənkran rayon İcra Hakimiyyətinin başçısının rəsmi məlumatları olsalar da yerli məmurlar bu işin həll olunmasına nədənsə maraq göstərməmişlər.
Bizi isə bir mətbu orqan, bir vətəndaş olaraq ən çox ağrıdan məsələ şəhid ailəsinin də Gülbahar və onun həkim dəstəsi tərəfindən 12100 manat pulunun mənimsəniməsi və geri qaytarılmamasıdır. Belə ki, verilən məlumatdan məlum olur ki, Mamusta kənd sakini Qulamov Müqəddəs oğlu Afərinin rayonda bir babat işə düzəlməsi üçün bu dəstəyə qəpik qəpik yığdığı 12100 manat pulu verikdən sonra 8 ay süründürməçiliyə salınmışdır. Və Vətən Müharibəsinin başlanmasıilə əlaqədar Afərin Qulamov torpaqlarımızın azad olunması üçün könüllü olaraq cəbhəyə yollanır. Müharibə zamanı qəhrəmancasına şəhid olur. Amma nə yazıqlar olsun ki, Gülbahar və dəstəsi şəhid ailəsindən aldadıb aldıqları pulları bu faciədən sonra da qaytarmaq istəmirlər. Və ən dəhşətlisidə budur ki, şəhid ailəsinə maddi və mənəvi köməklik etməyə borclu olan Lənkəran rayonun yerli dövlət qurumları bu məsələnin həll edilməsində hazırda da ən azı passiv tamaşaçı mövqeyi sərgiləyir və problemin tezliklə Polis Şöbəsində həll edilməsində maraq göstərmirlər.
Bəli, elə ən böyük faciəmiz də yerli dövlət orqanarının şəhid ailəsinə olan laqeyid, etinasız münasibətindən başlayır. Lakin biz inanırıq ki, Daxili İşlər Nazirliyi şəhid ailəsi də daxil olmaqla vətəndaşları aldadan dəstənin tezliklə ifşa edilərək onlara layiq olduqları cəzanın verilməsi üçün lazımi tədbirlər görəcəkdir. Ona da inanırıq ki, tezliklə Ali Baş Komandan cənab İlham Əliyev əsgəri olmuş şəhid Afərin Qulamovun ailəsinə göstərilən hörmətsizliyə, dəymiş ziyanın ödənilməməsinə görə dəstəilə gizli sövdələşmələr aparan Lənkəran Polis Şöbəsi və aidiyyatı qurum rəhbərləri barəsində ciddi ölçü götürülməsinə göstəriş verəcəkdir.
Allah bütün şəhidlərimizə rəhmət etsin.
İfadetv.com
Şəhid Qulamov Afərinin son anı
