Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, idmançı Süleyman Tursunbayev yerli turnirlərin birində qalib olduqdan sonra bir qrup şəxs tərəfindən qaçırılıb.
Valideynlərinin verdiyi məlumata görə, cüdoçu həmin şəxslər tərəfindən döyüldükdən sonra huşsuz vəziyyətdə tapılıb və xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
İdmançını Prezidentin öldürtdüyü iddia edilir. Belə ki, o, finalda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun qohumu ilə qarşılaşıb. Ona rəqibinə uduzmaq təklif olunsa da, cüdoçu bunu etməyib və qalib gəlib.
Yarış bitəndən sonra cüdoçunun müəlliminin də döyülərək öldürüldüyü bildirilir.
Hadisə ilə bağlı cinayət işi başlanmayıb. Təbii ki, diktatura ölkələrində bu mümkün də deyil
