Ərazidə qaraj tikildiyi üçün yaşayış binasında çatlar əmələ gəlib.
XALQ-ın məlumatına görə, Bakının Qara Qarayev prospekti, Tofiq Abbasov, 65 ünvanında yaşayan sakinlər belə iddia edirlər.
[center][/center]
Sakinlər deyir ki, “Global Engineering and Technology” MTK tikinti şirkəti ərazidə qaraj tikir. Buna görə də yaşadıqları binada dərin çatlar əmələ gəlib.
Sakinlər deyir ki, qaraj tikilməsi planı sonradan ortaya çıxıb.
Məsələ ilə bağlı vətəndaşların şikayət etdiyi “Global Engineering and Technology” MTK tikinti şirkəti ilə əlaqə saxladıq. MTK-dan bildirildi ki, ərazidə qaraj tikilmir. Söküntü işləri binanın su hovuzu üçün həyata keçirilirdi. Həmin hovuzlar binanın su ilə təmin olunması və yanğın baş verərsə qarşısının alınması üçün nəzərdə tutulub. Yaxın günlərdə işlər tam yekunlaşacaq. Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz isə nəticə vermədi.Xezerxeber.az