QANUNSUZ HƏBS OLUNAN SAURMA N1 RESTORANLAR ŞƏBƏKƏSİNİN ŞƏRİKİ AQİL BABAYEVİN AİLƏ ÜZVLƏRİ POZULMUŞ HÜQUQ VƏ AZADLIQLARI UĞRUNDA QANUNLA QADAĞAN OLUNMAYAN BÜTÜN VASİTƏLƏRLƏ SONA KİMİ MÜBARİZƏ APARACAQLARINI BİLDİRİRLƏR....
Şaurma N1 restoranlar şəbəkəsinin şəriki Aqil Babayevə və onun ailəsinə qarşı törədilən quldurluq cinayətin gunahkar şəxslərin kimliklərinim müəyyən edilərək barələrin heç bir tədbir görülməməsi və tam əksinə zərərçəkmiş Babayevlər ailəsinə qarşı ögey münasibətin göstərilməsi sözün əsl mənasında çox düşündürücüdür. Belə ki, Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Babayevər ailəsinə məxsus əmlaka qanunsuz olaraq daxil olmaqla, mənzildə zərərçəkmiş şəxslər olduğu halda quldurluq edərək mənzildən 9.000.000 manat məbləğində nağd pullarını və küllü məbləğdə maddi dəyəri olan qızıl-zinət əşyaları talan edilmişdir. Lakin bu kimi qanuna zudd cinayətkar əməlləri törədən şəxslərin barələrin heç bir qanuni tədbir görülməməkdə davam etdirilir. Aqil Babayevin qanunsuz olaraq həbs edilməsi üçün qabaqcadan planlı şəkildə cinayətkar dəstə üzvləri və əlavə şəxsləridə öz ətraflarına cəlb edərək, şər-böhtan xarakterli, qabaqcadan yalan olduğunu bilə-bilə uydurulmuş məlumatlar əsasında, Aqil Bayevin güya ki, özünü 12-ci İmam Mehdi Sahibbə Zaman kimi təqdim edərək ayrı-ayrı şəxslərdən pul yığaraq dələduzluq etməsinə inandırmağa çalışaraq Aqil Babeyiv həbs olunması üçün zəmin yaratmışlar.
Əsas diqqət çəkən məqamlardan diridə odur ki, Aqil Babayev ona və ailəsinə qarşı törədilən qanuna zidd cinayətkar əməllər barəsində dəfələrlə müraciətlər etmiş, lakin müraciətləri araşdırılmamışdır.
Aqil Babayevin şikayətlərinə baxilmaması əsasında, onun vəkilləri tərəfindən verilmiş şikayət, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.09.2021-ci il tarixli 6(005)-102/2021 saylı Qararı ilə, qismən təmin edilməklə, Aqil Babayevin şikayət ərizəsi üzrə araşdırma aparılmasının təmin edilməsi qərara alınmışdır. Buna baxmayaraq hələ də qeyd olunan Məhkəmə qərarı icra edilmir.
Hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Aqil Babayevin səhhətində yaranmış ciddi problemlərin olmasına və bu barədə dəfələrlə müraciət etməsinə baxmayaraq Aqil Babayev hələdə, ƏNPX-in Tibb Müəssisəsinə göndərilməmişdir.
Aqil Babayevin həbs edilməsinin təşkil edilməsi üçün müvafiq dövlət orqanlarına yalan məlumatlar çıxış edən şəxslərin əməllərinin araşdırılmasının təmin edilməsi və Aqil Babayevin pozulmuş hüquq və azadlıqlarının müdafiəsi uğrunda sonuna kimi mübarizə aparacaqlarını bildirən ailə üzvlərinin haqlı mübarizələrindən geri çəkindirilmələri məqsədi ilə təhdidlərlə üzləşdiklərini bildirirlər.
