“Büdcənin təhsillə bağlı 7.4.8 bəndində Təhsil sahəsində “digər müəssisə və tədbirlərə” 1,2 milyard manat vəsait nəzərdə tutulur. Maliyyə nazirliyindən xahiş edirəm ki, bunun açılışını bizə təqdim etsin. Bəlkə məktəblərin qızdırılmasının da vəsaiti bura daxildir. Yeri gəlmişkən. Bakı şəhərində 133 məktəb “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179 məktəb fərdi qazanxana vasitəsilə, 7 məktəb isə fərdi və mərkəzləşdirilmiş qaydada isitiliklə təmin olunur. Bu günə “Azəristilik” ASC-nin Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat birliyinə 34,3 milyon manat borcu var. Biz uşaqlara necə başa salaq ki, bir əminizin kantorunun o biri əminizin kantoruna borcu olduğuna görə üşüyürsünüz?”.
Bunu millət vəkili Etibar Əliyev deyib.
E.Əliyev vurğulayıb ki, “Azərisitilik” deyilən bir quruma Dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılmasına baxmayaraq, borc bataqlığından çıxa bilmir.
2022-ci ilin Dövlət büdcəsindən bu quruma 41,1 milyon subsidiya ayrılması nəzərdə tutulur.
“Azəristilik” Açıq Səhmdar Cəmiyyətinin 16 ildə büdcədən aldığı 300 milyondan çox vəsaitin necə xərcləndiyi məlum deyil: “Çünki 2017-ci ildən maliyyə hesabatlarını cəmiyyətə açıqlamırlar. Bəlkə nəticəəsaslı büdcə budur?”.
Deputat repetitorluqla bağlı olduqca ciddi bir məsələyə də toxunub. Qeyd edib ki, bütün dünyada repetitorluğa (Buna kölgə təhsili də deyirlər) xərclənən vəsaitlər təhlil olunur: “Məsələn, Cənubi Koreyada Ümumi Daxili Məhsulun 2,7 faizi qədər vəsait bu xidmətə xərclənir. Almaniya və Fransada təhsilin kölgə iqtisadiyyatı ildə 2 milyard avro təşkil edir. Qəribədir ki, Finlandiyada bu rəqəm sıfırdır. Bu ölkədə çalışırlar ki, tam diaqnostika məktəbdə aparılsın. Yüksək nəticə əldə emək naminə təhsilil trayektoriyasını tam individuallaşdırırlar.
Azərbaycanda orta hesabla bir ildə repetitorluq xidmətinə xərclənən vəsait təxminən 200 milyon manat təşkil edir. Bu gün əhalinin büdcəsini dağıdan iki xidmət sahəsi var: təhsil və səhiyyə. İndi diqqət edək: təhsilə ayrılan vəsait 3,8 milyard manatdır. Bunun ən böyük payı – 2,1 milyard manatı Orta təhsilin payına düşür. Belə çıxır ki, cəmi bircə ilə xərclənən 200 milyon manatın nəticəsi daha effektlidir?
Ali məktəblərə daxil olan abituriyentlərin demək olar ki, hamısı məktəbdən kənarda hazırlıq keçirlər. Nəticəəsaslı büdcə mexanizminə keçiddən danışırıq. Ancaq buna nail ola bilmirik. Büdcənin təhsillə bağlı 7.4.8 bəndində Təhsil sahəsində “digər müəssisə və tədbirlərə” 1,2 milyard manat vəsait nəzərdə tutulur. Maliyyə Nazirliyindən xahiş edirəm ki, bunun açılışını bizə təqdim etsin. Bəlkə məktəblərin qızdırılmasının da vəsaiti bura daxildir. Yeri gəlmişkən, Bakı şəhərində 133 məktəb “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179 məktəb fərdi qazanxana vasitəsilə, 7 məktəb isə fərdi və mərkəzləşdirilmiş qaydada isitiliklə təmin olunur. Bu günə “Azəristilik” ASC-nin Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə 34,3 milyon manat borcu var. Biz uşaqlara necə başa salaq ki, bir əminizin kantorunun o biri əminizin kantoruna borcu olduğuna görə üşüyürsünüz?!”
