“Qəza enişin yerinə yetirilməsi zamanı baş verdi. Helikopter yerə çırpılanda ikimizi də bayıra atdı. Başqa heç nə yadımda deyil”.
İfadetv.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri DSX-nin qəzaya uğramış helikopterindən sağ çıxan hərbçilərdən biri – polkovnik-leytenant Emil Cəfərov “REAL TV”yə müsahibəsində deyib.
“Heç bir məhdudiyyət aşılmamışdı. Helikopterin desant daşıma sayı 24 nəfərdir. Məndə ayağımda əzikdir. Sərnişin kabinəsinin girişi yanında idim. Heç bir şübhəli məqam yox idi.
Helikopterlərin hamısı təzədir. Hər bir şeyi yoxlanılmışdı. O an mənim üçün saniyələr idi. Küləklə bağlı heç bir məhdudiyyət aşılmamışdı. Proqnoza görə, külək günortadan sonra olmalı idi”, – deyə Cəfərov bildirib.
Yaralı pilotlarımızın verdiyi cüzi açıqlamalardan məlum olur ki, qəzanın baş verməsinə səbəb olacaqqatı duman,külək, fırtına və s. təbii səbəblər olmamışdır. Helikopterin enmə zamanı qəfil olaraq daş kimi yaxın məsafədən yerə düşməsi isə yalnız texnikanın radioelektron sisteminin sıradan çıxması üzündən baş verə bilər. Məlumdur ki, Mİ-17 tipli helikpterin iki mühərriki var və biri sıradan çıxdıqda isə digəri onu qəza şəraitindən xilas edə bilir. Lakin verilən ifadədən görünür ki, helikopter yerə eniş zamanı idarəolunmaz hala gəlmiş və sürətlə yerə düşmüşdür. Hesab etmək olar ki,artıq qəzanın dəqiq baş verməsəbəbi yaxın iki gün ərzində ictimaiyyətə detalları ilə açıqlana bilər.
İfadetv.com
