Qarabağ Müharibəsi veteranı Azər Cəfərovun İFADETV.COM-a ünvanladığı müraciətdə Ağcabədi Regional Mədəniyyət İdarəsi rəisinin ona qarşı sərgilədiyi mədəniyyətsizliklə bağlı narazılığını bildirmiş və xahiş etmişdir ki, onun fikrini cənab nazir Anar Kərimova çatdıraq:
"Mən, Cəfərov Azər Əlikişi oğlu 25 dekabr 2021 ci il tarixdə Bakı şəhərindən Ağcəbədi Regional Mədəniyyət idarəsinin rəisi Həsənov Qalib Şamil oğlunun qəbuluna getmişdim. İşdə otağında olmasına baxmayaraq məni qəbul etmədi. Mən onun köməkçisi İlkin adlı şəxsə bildirdim ki ehtiyatda olan polis zabitiyəm. Rəisinə dedi o isə qəbul etmədi. Yenidən İlkin adlı şəxsə bildirdim ki mən Qarabağ veteranıyam. O mənə gəlib dedi ki sizi qəbul etmir . Baxmayaraq ki Azərbaycan Respublikasının Ali Baş Komandanı Cənab Prezidentimiz dəfələrlə müşavirələrdə özəl və dövlət qurumlarında məmurlara göstəriş versə də Qarabağ veteranlarını incitməyin, dinləyin, dərdinə şərik olun. Lakin Qalib Həsənov məni qəbul etmədi".
