Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov həyat yoldaşı Fəridə Məmmədovaya Türkiyədə doğum günü məclisi təşkil edib.
“Unikal”- xəbər verir ki, tədbir İstanbulda yerləşən məkanların birində baş tutub.
Məclisdə Türkiyənin tanınmış sənətçiləri Alişan, Demet Akalın, Simge iştirak ediblər.
Xatırladaq ki, Anarın həyat yoldaşı sabiq Kənd təsəsrrüfatı naziri və sonra Hesablama Palatasının sədri olmuş Heydər Əsədovun qızıdır. 4 nəfərdən ibarət cangüdəni var.
P.S. Sadə Azərbaycan vətəndaşı uşağına verməyə çörək tapmayanda sabiq nazir oğlu haram pulları göyə sovurur.
