Bakıda təmir işləri zamanı yolda park edilmiş avtomobilin altına asfalt çəkilməyib.
Səbail rayonu “20-ci Sahə” adlanan ərazidə yola asfalt çəkilib. Həmin vaxt yolun bir kənarına avtomobil park edilib. Yol təmir edilsə də, avtomobilin parklandığı yer olduğu kimi qalıb.
Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirdi ki, məsələ bu gün, yəni 6 apreldə həllini tapacaq:
“Əraziyə asfalt vurulan zaman həmin maşın ərazidə olub və sahibi tapılmadığı üçün belə bir vəziyyət yaranıb. Çünki bizim sahibi tapılmayan avtomobilin yerini dəyişməyə ixtiyarımız yoxdur. Bu gün artıq məsələ həllini tapacaq”.
Amma burada diqqətçəkən məqam heçdə avtomobilin park edildiyi yerə asfaltın vurulması deyil, onun qalınlığı və neçə qatdan ibarət olmasıdır. Gördüyümüz fotofakta isə artıq şərh verməyə belə ehtiyac qalmır. Necə deyərlər, “Kor kor, gör gör.” Yəni, aydın görünür ki, AAYDA tərəfindən Səbail rayonu ərazisində yeni asfalt yolun çəkilişi zamanı cəmi 3 sm qalınlığında qat vurulmuşdur. Əslində isə yol tikinti normativlərinə və standartlarına görə belə halda ən azı 2 qat astar və üzlük olmaqla asphalt işləri aparılmalıdır. Gördüyümüz mənzərədn isə aydın olur ki, AAYDA-ya məxsus icraçı idarə tərəfindən külli miqdarda yeyinti faktına yol verilmiş, nəticədə əraziyə keyfiyyətsiz asphalt çəkilmişdir.
İfadetv.az
