"Arxalıya arxa durma deməsinlər yamaqdı, ay Baba Vəziroğlu
Arxasıza arxa durki, desinlər ki dayaqdı" ( Səməd Vurğun)
“Mən özümü ciddi adam sayıram. Ciddi adamlar da “Facebook” intiriqalarına normal reaksiya verə bilməz. Hamı bilir, dövlətimiz, Prezidentimiz bilir ki, Kəmaləddin Heydərov kimdir, onun hansı fəaliyyəti, xidmətləri var. 50-100 manata işləyən bir-iki trol Kəmaləddin Heydərova çamur atırsa... Böyük Qız Qalasına bir tikə palçıq atmaqla Qız Qalası uçur məgər? Mən bu məsələlərə belə baxıram. Boş, mənasız söhbətlərdir. “JEK”də bir süpürgəçi müdirin otağını yaxşı süpürmürsə, az qala deyirlər ki, buna Baş nazir cavabdehdir. Təxminən, indi də belə bir paralel gətirirlər. Yazıq “JEK” müdiri də heç günahkar deyil. Gəlib deyir ki, “yaxşı süpürməmisən, sabah yaxşı süpür”, süpürgəçi də deyir “baş üstə”. Bununla da məsələ bitib gedir. Bunu şişirdənlərin, gündəm edənlərin məqsədi də tam aydındır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.
O bildirib ki, Azərbaycanda reket jurnalistlər az deyil: “Bunun köklərinə getmirəm, başqa söhbətdir. Yəqin, elələrinin də dolanışığı, çörəyi bundan çıxır. Ya pul qazanmaq başqa cür mümkün deyil, ya da halal yolla pul qazanmağa qabiliyyətləri, istedadları çatmır. Haradansa verilən bir tikə “tula payı” ilə məcazi mənada “hürüşürlər”. “Hürüşmək” sözünü, əstağfurullah, onlara aid etmirəm. Mənim həyətimdə yeddi-səkkiz sahibsiz it var. Məndən bir tikə sümük almaq üçün başımı-beynimi aparırlar, nə qədər hürüşürlər. Sümüyü atan kimi səslərini kəsirlər. Əvvəl bilmirdim ki, onları susdurmağın yolu budur. Artıq bilirəm, ağızlarını açan kimi sümüyü atıram ki, hürməsinlər.
Şair Babaya kiçik bi cavab vermə öncəsi olke.az portalının 2018-ci ildə onunla K.Heydərov arasında olan bağlatının həta ailə üzvünə necə sirayət etməsini qeyd etməsi bizcə xalqına yad olan şairə bir cavabdır.
https://olke.az/read/137568/baba-veziroglunun-nazirin-adini-qoydugu-oglunun-ad-gununden-fotolar-137568/
"Qeyd edək ki, Baba Vəziroğlu fövqəladə hallar naziri, dostu Kəmaləddin Heydərovun şərəfinə (nazir Kamal təxəllüsüylə mahnılar bəstələyir) oğluna Kamal adını qoyub." Çox yaxşı.
Bəs görəsən, hazırda İsmaıllınn Buynuz kəndində məskən salıb hərtərəfli təmin olnmuş bir həyat tərziə alıan şairin xəbəri varmı ki, ölkəmizdə bahaçılığı yaradan ən məşhur ihisarçı kimdir? Xəbəri varmı ki, təkcə Qəbələ şəhərində olan 7-8 villasının və bir o qədər də otellərinin real qiyməti neçəyədir? K.Heydərov dövlətdən aldığı 3500 manat əməkhaqqı qədər sayı olan obyektləri necə əldə edib? Azərbayanda tikilən və itismara verilməsi üçün mənzillərin hər kv.m sahəsinə 100 manat haqq qoyan birisi görəsən hansı nazirlikdir? Və yaxud, Beynəlxalq donor təşkiatlarnın Azərbaycanın yol infastrukturunu yeniləmək layihələri üçün ayırdğı 3.5 milyrad dolar pulların hesabına salınan keyfiyyətsiz yollara isismar aktı yazıldıqdn 2-3 il sonra dağılırsa, dövlət büdcəmizə vurulan milyardların məsuliyyəti Fövqəladə Hallar Nazirliyinin üzərində deyilmi? Və yaxud zəlzələdən regionlarda ( Zaqatala, Şamaxı, Ağsu) şəxsi evlərin dağlmış mənzillərin yeriə pezidentin ayırdığı milyonlara manat vəsaitə tikilən evləin çoxunu kənar pullu şəxslərə satılmsının cavabdehi kimdir görəsən?
Bir sözlə, Baba müəllim özünü elə bir dəyəri olmayan kitablarına sponsorluq edən bir nazirin müdafiəsi üçün Roma Papasındn daha çox Papa kimi aparmsı və juralistləri bir korrupsioneri tənqid etməsinə görə təhqilər eməsi başa düşüləndir. Kişi "xidmət" və ya alığı "pay" müqabilində hətta prezidentin də adından istifadə edərək dövlətə son 30 ildə milyadlarla ziyan vuran birisini "Mələk" imi müdafiə etmək zorunda qalmışdır.
Baba müəlimin təxəyyülündə canlanırdığı, lakin real həyatda olmayan, yəni, hazırda yaşadığı evinin yanında olan 7- 8 ədəd küçə itlərinə hər dəfə sümük atması mərasimini uydurmasna cavab olaraq bildirik ki, İsmayıllının Buynuz kəndində küçə itləri olmur, sadəcə ov itləri olan tulalar olur ki, onlar da öz "çörəklərini" kimsəyə yaltaqlamadan ov zamanı əldə edirlər. Yəni, onların da Baba müəllimin hər gün yediyi bir qoçun sümüklərinə ehtiyacı yoxdur. Gərək şair olan kəs fantaziyaını işə salanda bir az realığa uyğun olsun. Bəli, pay demişkən, Baba müəllimin yadına salaq ki, avqustun 19-da FHN-nin"şefi"nin vətəndaşlarla qəbulu keçirilən zaman Qəbələ şəhərində böyük izdiham yaşanmışdı. Cənab nazir də FHN-də baş vermiş "intim görüntü"lərdən əndişələnərək qorxudan qəbulu yarımçq saxlayaraq Şabran rayonunda baş verən yanğınla əlaqədar hadisə yerinə getdiyin bildrmişdir. Əslində isə Bakıya qayıtmışdır. Qəbələdəki izdihamın əsil səbəbi isə bizə verilən məlumata görə heç də sadə rayon camaatının FHN-ilə bağlı hər hansı poblemilə bağlı olmayıb, sadəcə kimsi evdə olan xəstəsinə dərman almaq, kimisi banka olan kredit borcunun bir hissəsini bağlamaq, kimisi xəstəsini əməliyyat üçün Bakıya aparmağa imkan olmadığına görə və s. sosial yardımar( evdə ununun olmaması) almaq üçün xahişə gəlibər. Kəmalədddin də dostu B.Vəziroğlu kimi davranaraq əlacsız insanlara sümük əvəzinə bir az pul paylamaqla onların səsini kəsə bilirdi. Yəni daha mədəni formada FHN-nin "şefi" bundan əvvəl digər bölgələrdə də keçirdiyi belə qəbular zamanı yanındkı köməkçisinə tapşırardı ki, pul kisəsinin ağzını açıb qəbula gələnləri razı salsın. Əmr dərhal icra ounurdu. İndi Baba müəllimə sual etmək lazımdır ki, adnı ğlunuza qoyduğunuz dostunuzun və eyni zamanda sponsorunuzun qəbulu zamanı qapısına toplamış və izdiham yaratmış ( səs-küy salmış) ac- yalavac insanların susması üçün sizin təbirinizcə həmişə olduğu kimi, nəsə atmalı idi?
İFADETV.COM
P.S. Əslində Azərbaycanın itinə də, sadə insanına da nə Vəziroğlunun, nə də Fəttah oğlunun sümüyünə, qəpik-quruşuna ehtiyacı olmamalı idi.
Yəni əzəldən Azərbaycanda harın milyonçular və yoxsul insanlar təbəqəsindən ibarət ikiqütblü cəmiyyət yaratmaq lazım deyildi. Sadəcə elə də mədəniyyətə malik olmayan Ərəb ölkələrindən nümunə götürmək lazım idi. Başqa heçnə.
