Bu barədə Gununsesi.info-ya sabiq baş prokurorun yaxınları bildirib.
Buna səbəb isə Qaralovun ölkədən çıxış üçün icazə istəyinə “yox” deyilməsidir.
Yaxınlarının bildirdiyinə görə, qaraciyər problemindən əziyyət çəkən Qaralova “yuxarıdan” “Almaniyadan həkimini dəvət elə, özü gəlsin” cavabı verilib.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, sabiq baş prokuror bu günlərdə vəfat edən yaxın qohumlarından birinin məclisinə də gedə bilməyib.
Onun işdən azad olunmasından sonra yenidən içkiyə qayıtdığı və bunun da səhhətində ciddi problemlərə səbəb olduğu deyilir.
Gununsesi.info
P.S. Hesab edirik ki, əgər cənab sabiq baş prokuror 2o il ərzində yığdığını təhvil-təslim etməsə, nəinki onu ölkədən, hətta Bakıdan kənara çıxmağa icazə verməyəcəklər. Bu fəlsəfəni peşəkar prokuror özü də yaxşı bilir, amma niyə smiclik edir, onu anlaya bilmirik.
