"Nərimanov rayonu 57 nömrəli məktəbin direktoru Aytən Sadıqova məktəbin təmirini tamamlamayan Elm və Təhsil Nazirliyindən “heyfini” şagirdlərdən və müəllimlərdən topladığı pullarla çıxır". Bu ittihamlar "Dia.az"a göndərilən müraciətdə yer alıb.
Müəllimlərdən birinin adından yazıldığı deyilən müraciətdə daha sonra bildirilir: "İllərlə məktəbdə əziyyət çəkərək yetişdirdikləri şagirdlər pul qarşılığında direktor Aytən Sadıqova tərəfindən rəfiqə olduğu direktorların məktəbinə yönəldilir, nəticədə məktəbdə şagirdlərin azalıb digər məktəblərə paylanması direktorun yeni tədris ilində daha böyük məktəbə rotasiya olunmasına kömək edəcəkdir.
Buna səbəb isə 57 nömrəli məktəbin qəzalı vəziyyətdə olduğu üçün bir müddət əvvəl təmirə bağlanmasıdır, şagirdlərin qonşu məktəblərə, 178 və Ekologiya Liseyinə yerləşdirilməsi direktorun işini asanlaşdırmış, məktəbdə təlim-tədris prosesininə nəzarət zəifləmiş, 9-11 sinif şagirdlərinə hazırlığa getmələri üçün pul qarşılığında icazələr verilmiş, həmçinin qonşu məktəblərdən 9-10 sinif şagirdləri 57 nömrəli məktəbə yerdəyişmə etmişdir.
Təkcə bu tədris ilində qonşu məktəblərdən 18 nəfər şagird 9-10 sinfə yerdəyişmə etmişdir. Maraqlıdır, belə bir vəziyyətdə olan məktəbə qonşuluqdakı daha prestijli məktəblərdən şagirdlər niyə yerdəyişmə etsinlər ki. Səbəbi məlumdur, “münbit” mühit həmin şagirdlərin hazırlığa getmələrinə kömək edəcək..."
Qeyd edək ki, Aytən Sadıqova ilə bağlı qeyd olunanlar bununla bitmir və növbəti yazımızda əlavə iddiaları təqdim edəcəyik. Bizi izləməyə davam edin...(Dia.az)
MÜRACİƏTİN DAVAMI VAR...
