"Bu gün (dünən nəzərdə tutulur -red.) "TavaDa" restoranına girdim, sakitcə qəhvə içib dincəlmək və bir az işləmək istəyirdim..." "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Damira Askanova adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş daha sonra əlavə edib: "Amma bunun əvəzinə çox pis xidmətlə qarşılaşdım. Ofisiant açıq-aşkar narazı görünürdü, sifarişi 40 dəqiqəyə gətirdilər, üstəlik qəhvə artıq soyuq idi.
Dəyişdirmələrini xahiş edəndə isə mənə kobud cavab verdilər və dedilər: "Bizdə həmişə belə olur". Üstəlik, çekdə mənim sifariş etmədiyim başqa bir qəhvə yazılmışdı!
Bu normaldır? Bakıda belə hallarla rastlaşan olub?"
