Myanmada yenidən 6,4 maqnitudalı zəlzələ olub.
Çinin Seysmologiya İdarəsinin məlumatına əsasən, yeni təkanlar maqnitudası 7,9 qiymətləndirilən ilk zəlzələdən 12 dəqiqə sonra baş verib.
Sosial şəbəkə istifadəçilərinin paylaşdıqları foto və videolara əsasən, bəzi evlər, həmçinin körpü uçub.
Axtarış-xilasetmə işləri başlayıb. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.
***
Myanmada 7,7 maqnitudalı zəlzələ baş verib.
Bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Təkanlar Banqladeş, Hindistan, Tailand, Laos və Çində də hiss edilib.
Zəlzələnin hiposentri 30 km dərinlikdə yerləşib.
