Misli Premyer Liqasında XXX turun daha iki oyunu bu gün keçiriləcək.
Günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edəcək.
FIFA referisi Elçin Məsiyevin idarə edəcəyi qarşılaşma saat 17:00-da start götürəcək. Tovuz klubu 44 xalla dördüncü, qonaqlar 36 xalla beşinci pillədə qərarlaşıb.
Günün ikinci görüşü Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası "Şamaxı" ilə üz-üzə gələcək. Baş hakim Rəvan Həmzəzadə olacaq. "Gənclik şəhəri" təmsilçisi 29 xalla yeddinci, bölgə klubu 28 xalla səkkizinci sıradadır.
Misli Premyer Liqası
IV dövrə, XXX tur
12 aprel
17:00. “Turan Tovuz” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Tovuz şəhər stadionu
19:15. “Sumqayıt” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Səbail"i 4:1 hesabı ilə üstələyib. Tura aprelin 13-də yekun vurulacaq.
