krayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Ankarada eniş edib.
Bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Bu gün onun Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir, görüşdən sonra Ukrayna Prezidenti mətbuata bəyanatla çıxış edəcək.
Ərdoğanla gözlənilən görüşü şərh edən Zelenski "bir neçə saat davam edə biləcək" bu görüşdən sonra Ukraynanın danışıqlarda iştirakı ilə bağlı qərarını açıqlayacağını bildirib.
O, həmçinin qeyd edib ki, Ukrayna Rusiya tərəfi ilə danışıqlarla bağlı ABŞ nümayəndə heyəti ilə təmasdadır.
Daha əvvəl bildirilmişdi ki, bu görüşdən sonra Zelenski artıq İstanbulda olan Rusiya nümayəndə heyəti ilə danışıqlarla bağlı növbəti addımlar haqqında qərar qəbul edəcək.
