Biləsuvar rayonunun 20 yaşayış məntəqəsinin qaz təchizatında yaranan fasilə aradan qaldırılıb.
Artıq qazın verilişi bərpa olunub.
Qeyd edək ki, Biləsuvar rayonu ərazisində yerləşən qaz tənzimləyici qurğunun dəyişdirilməsi ilə əlaqədar qazın nəqlinin dayandırılması zərurəti yaranıb. Bu səbəbdən, bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək rayon ərazisində bir şəhər, bir qəsəbə və 18 kənd olmaqla, ümumilikdə 16 min abonentin qaz təchizatının dayandırılmışdı.
