İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu barəsində İstanbul baş prokuroru Akın Gürlek haqqında söylədiyi fikirlərə görə davam etdirilən məhkəmə işində hökm oxunub.
İmamoğluna 1 il 8 ay həbs cəzası verilib.
O, “terrorla mübarizədə əməyi olan şəxsləri hədəfə almaq” maddəsi ilə ittiham olunduğu iş üzrə isə bəraət alıb.
Qeyd edək ki, bu il yanvarın 20-də Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olduğu müddətdə İstanbul baş prokuroru Akın Gürlek və ailəsi haqqında söylədiyi ifadələr səbəbilə “vəzifəsinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək”, “təhdid etmək” və “terrorla mübarizədə əməyi olan şəxsləri hədəf almaq” maddələri ilə ittiham edilib.
