Bakıdakı "Time Business Centre" iş mərkəzinin şəriklərindən biri Cuma Əhmədzadədir.
Bu barədə araşdırmaçı jurnalist Hafiz Babalı yazıb.
O bildirib ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin İH sədri Əhməd Əhmədzadənin oğlunun iştirakı ilə yaradılan "Proyekt" MMC-nin Nəsimi rayonu, Tramvay döngəsi, 4 ünvanında inşa etdirdiyi 12 mərtəbəli Biznes Mərkəzi bir neçə milyon manat sərmayə hesabına başa gəlib.
Hazırda bu binada bir çox tanınmış şirkətlər ofis kirayələyib.