Şəki rayonun Baş Göynük kəndində qeydiyyatda olan və faktiki yaşayan İsmayılov Xocalı Müşviq oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti xanım M.Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Z.Qaralova, Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab V.Eyvazova, Bakı şəhər prokuroru cənab İ.Abbasova, DİN-nin Bakı Baş Polis İdarəsinin rəisi cənab M. Seyidova, DİN-nin Baş İstintaq və Təhqiqiat İdarəsinin rəisi cənab E.Usubova,
DİN – nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi cənab Əbülfəz Rzayevə,
Daxili İşlər Nazirliyinin Yasamal Rayon Polis İdarəsinin rəisinə müraciət edərək
“Royal Print” MMC-nin işçisi və hazırda CM-nin 178.1-ci maddəsi üzrə məhkumluğu olan Əliyev Elvin Gündüz oğlunun və dəstəsinin ona və dostlarına qarşı törətdiyi dələduzluq əməllərinin qarşısının alınmasında, vurduqları maddi ziyanın ödənilməsində yardımçı olmalarını xahiş edir. X.İsmayılov və dostları 1 ay əvvəl də ifadetv.com saytına müraciət edərək üzləşdikləri dələduz dəstənin fəaliyyətinin araşdırlması istiqamətində onlara kömək etməyi xahiş etmişlər. Gənclərin təcrübəsizlikdən maddi ziyana düşmələrini nəzərə alaraq apardığımız araşdırmalar nəticəsində onların üzləşdikləri dələduz dəstənin nə dərəcədə ictimaiyyət üçün təhlükəli olduğunu müəyyən etdikdən sonra məsləhət bildik ki, dərhal yerli polis orqanlarına müraciət etsinlər. Sonradan Yasamal RPİ-nin 27-ci Polis Bölməsində aparılan təhqiqatla paralel apardığımız araşdırmalardan sonra bizə məlum oldu ki, Xocalı İsmayılov və dostlarının rastlaşdıqları dələduz dəstə güclü himayədarlarına arxalanaraq “ fəaliyyətləri”ni indi də davam etdirir, yeni yeni “qurbanlar” tapmaqla onlara külli-miqdarda ziyan vururlar. Məsələnin geniş ictimai və dövlət əhəmiyyəti kəsb etdiyini nəzərə alaraq Xocalı İsmayılovun dövlət başçısına etdiyi müraciəti olduğu kimi təqdim edirik:
Dələduzluğa görə 5 il müddətinə şərti cəza almış ailənin üzvü E.Əliyev.
Bir daha xatırladım ki, biz uşaqlıq dostları olmuş mən Xocalı İsmayılov, Təhmasib Həmidzadə, Anar Abdurahmanov hazırda Şəki rayonun Baş Göynük kəndində pasport qeydiyyatındayıq.
Əvvəlcədən bildirim ki, bizə sonradan məlum olduğu kimi Yasamal rayonu, İ.Əbilov küçəsi 94 ünvanında dizayn işləri görən, 2018-ci ildə CM-nin 178.1-ci maddəsi üzrə 5 il şərti cəza almış, “Röyal Print” MMC-nin işçisi Əliyev Elvin Gündüz oğlunun toruna düşmüşük. Belə ki, MMC-nin rəhbəri atası Gündüz Əliyev, digər işçiləri olan oğulları Elvin və Elmir çap və dizayn-qrafiq işlərilə məşğuldurlar. Sonradan əldə etdiyimiz məlumatdan aydın olmuşdur ki, bu ailə əsas bacarıqlı fiqur kimi 30 yaşlı Elvin Əliyevi Türkiyədən guya hansısa dizayn işinə investisiya qoymaq və əlavə qazanc əldə etmək adı altında biz təcrübəsiz gənclərin əvvəlcə etimadını qazanmış, gəlirli işə cəlb etmə adı altında şirnikləndirməklə, sonda aldatmaqla “investisiya adı altında E.Əliyevə verdiyimiz pulları mənimsəmişlər. Bu dəstə sonuncu dəfə, 8 nəfər şəxsin 3 mart 2018-ci ildə şikayəti əsasında E.Əliyev 4 ay müddətinə həbs edilmiş və məhkəmənin hökmü ilə 5 il şərti cəza almışdır. Sonradan atası ilə 7 sentyabrda görüşüb Elvindən şikayət etdikdə o, etiraf etmişdir ki, 2018-ci ildə oğlu E.Əliyevi həbsdən qurtarmaq üçün bütün əmlaklarını 300000 dollar zərəri ödəmək üçün satıb vurulmuş ziyanın bir hissəsini ödəmişdir. Və yenə də qalan bir neçə şəxsin, o cümlədən 8 sentyabr 2019-cu il tarixində saat 13:00 - da Təhmasibin +99451 566 55 22 nömrəsinə zəng edərək hansısa Abbas adlı şəxsə külli-miqdarda Elvinin borcu qaldığını bildirmiş və onu 1 il borcu qaytaracağı vədi ilə saxladığını, lakin 7 sentyabrda Abbasın ona inanmadığından guya polisə şikayət verdiyini bildirmiş və 9-da Elvinin həbs olunacağını Təhmasibə, daha sonra isə digər zəzərçəkmiş Əvəz Mütəllimova zənglə bildirmişdir. Sentyabrın 7-da biz 3 nəfər zəzərçəkmiş şəxs ( Təhmasib, Xocalı, Əvəz ) E.Əliyevin atasının İ.Əbilov küç.94-də yerləşən ofisində xahiş etmişik ki, oğlu Elvinin bizdən aldadıb aldığı 32000 manat pulların qaytarılmasına yardımçı olsun. Atası isə peşəkarcasına bizə bildirib ki, o Elvinin hərəkətlərindən bezibmiş, onu işdən ( 250 manat əməkhaqqı verdiyi ) təzəcə qovubmuş, daha onu Elvinin işi maraqlandırmır və s. boş boş sözlər. Yəni, atasının dediklərindən belə başa düşülür ki, aldanmışıq, lakin pulunuzdan əl çəkin gedin, pul almağı yaddan çıxarın. Nə mənim, nə də Elvinin sizlərə qaytarası pulumuz yoxdur.
Dələuz oğul Elvin axtarışda olduğu zaman ( 24.09.2019, saat 15-16)
atası Gündüz Əliyev oğlunun "İşini" davam etdirmək üçün onun aldatdığı, GİP.AZ saytının əməkdaşı
Əlidən pul almaq üçün Ə.Qayıbov küçəsində görüşən zaman.
Lakin, biz hər dəfə Elvinin atasının “Röyal print” MMC –si olan ofisinə gəlib oğlu ilə görüşəndə, ona pul verəndə, danışıqlar aparanda, ofisdə çap məhsulları istehsal edən və dəyəri 100000 manat olan avadanlıqları görəndə Elvin məhz bu çap sexinin onlara məxsus olduğunu və heçnədən narahat olmadan bizə sərmayə qoymağa inandırırdı. Bu zaman bizim gəlişimizi, söhbətlərimizi sakitcə dinləyən atası Gündüz kişi vaxtında bizə demirdi ki, ay uşaqlar oğlum dələduzluq maddəsi ilə məhkum edilib, hazırda da onun borclarını ödəyirəm, nə badə ona pul verəsiniz və s. deyib məsləhət vermədi. Əksinə, özünü bilməzliyə qoyub, bütün prosedura kənardan izləyir və qəsdən göz yumurdu. Elə çap sexində işləyən digər qardaşı Elmir də həmçinin. Bir sözlə, bu ailə üzərində apardığımız son araşdırmalardan belə qənaətə gəlirik ki, Elvin peşəkar dələduz kimi bizim kimi yeni-yeni “qurbanlar” tapmaqla, etimad qazanmaq və sonda aldadaraq pulları mənimsəməklə 2018-ci ildə 8 nəfəri aldadıb mənimsədikləri 300000 dollar pulu tam ödəmək üçün öhdəlik götürüblər Və Elvini qabağa verməklə gecə-gündüz ailəvi “işləməklə” məşğuldurlar. Atasının 2001-ci ildən qurub-yaratdığı “Royal Print Company” MMC –də həm gözdən pərdə asmaq üçün, həm də ailənin guya real işlə məşğul olmaları təsəvvürü yaratmaq üçün təşkil etdikləri bir vasitədir-teatr dekorasiyasıdır.
Dələduz dəstə özlərinə məxsus olmuş Tayota Camry markalı avtomobili öz adlarından çıxararaq əməkdaşlıq etdikləri "Azeri-dizayn" MMC-nin əvvəlcə balansına vermiş, sonra yenidən Elvin və atası Gündüz Əliyevin idarə etməsi üçün adlarına etibarnamə almışlar.
Biz 12 sentyabr 2019-cu il tarixində Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə rəsmi müraciət edərək dələduz E.Əliyevdən bizə vurmuş olduğu maddi ziyanın ödəniməsində köməklik göstərilməsini xahiş etdik.
İş təhqiqatçı Fuad Cənnətovun icraatına verilmişdir. O, Elvini sentyabrın 22-də 27-ci PB-nə dəvət etsə də, dələduz əvvəlcə gələcəyini söz vermiş və yoxa çıxmışdır. Dələduzun axtarıb tapılaraq bölməyə gətirilməsi əməliyyatçı, polis kapitanı Cavid müəllimə həvalə edilmiş və 3 gündən sonra peşəkar dələduz yaxalanaraq təhqiqatçıya təhvil verilmişdir. Dələduz yazdığı izahatında özünümüdafiə mövqeyindən çıxış etsə də, Təhmasibdən başqa bizə olan borclarını qismən etiraf etmiş ( məbləğləri bir az azaltmaqla ) və tez bir zamanda ödəyəcəyinə söz vermişdir. Guya bizim yanımızda təkcə bir epizodda Təhmasibin Faiq adlı tanışından alıb ona verdiyi 3000 manat pulu da danıb batırır. Lakin yenə də onun polisə yazdığı izahatdan keçən 11 gün ərzində bizə bir manat da olsa pul ödəməmişdir. Bu arada mən 23 sentyabr 2019-cu ildə Daxili İşlər Nazirliyinin rəsmi saytında Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi cənab Emil Usubovun bu məsələ ilə əlaqədar qəbuluna yazılmış və xahiş etmişəm ki, adımla XOCALI faciəsini yaşatdığım kimi, başıma gətirilən dələduzluğun qarşısının alınması üçün mənə köməklik göstərilsin. Bu müraciətimdən dərhal sonra DİN-nin Baş İstintaq və Təhqiqat idarəsi tərəfindən iş materialları 01 oktyabr 2019-cu il tarixində təhvil alınmışdır. Hələlik isə bir yeni xəbər yoxdur.
Bir daha xatırlatmaq istəyirəm ki, son vaxtlar Elvinin ailəsi hər ayı 800 manata tez - tez icarəyə götürdüyü və atası – qardaşıgil ilə birlikdə yaşadıqları evləri dəyişirlər, “Azeri-Dizayn” firması ilə saxta etibarnamə tərtib edərək özlərinə məxsus olmuş Tayota Camry avtomobilini bu firmadan icarəyə götürən kimi Elvin Əliyev istifadə edir. Digər icarəyə götürdüyü Prado markalı avtomobilə hər gün 60 AZN icarə haqqı və benzin pulu sərf edirlər. Hazırda Elvin Əliyevin ailəsi Binəqədi rayonu, 9-cu mik\ r-n da yerləşən Cəfərov Mirtağı Mircavid oğluna ( mob. 050-226 08 05) məxsus 4 otaqlı mənzildə kirayədə yaşayırlar. İş telefonu, (012) 595 11 71 və mob. 055 250 73 30-dur. Atası ona hər ay 200 -400 manat arası maaş versə də, hər ay ailəsinə, əyləncə və dolanacaq üçün 7-8000 AZN pul xərcləyir. Bir evdə yaşayan atası Gündüz isə soruşmur ki, hər gün birlikdə ailəsilə və özünün iştirakı ilə restoran və əyləncə mərkəzlərinə xərclədiyi 300 manat pullar sənə haradan olur?
Hörmətli, cənab Prezident! Biz təcrübəsiz, hərbi xidmətdən yenicə qayıtmış, hamını özümüz kimi vicdanlı hesab edən gənclər gözlənilmədən bir peşəkar dələduzun toruna düşmüşük. Odur ki, düşdüyümüz ağır iqtisadi vəziyyəti (çoxsaylı borclarımızı) nəzərə alaraq dövlətimiz və cəmiyyətimiz üçün təhlükə mənbəyi olan bir ailənin əsas dələduz fiquru - Elvin Əliyevdən bizdən aldadaraq aldığı pulların qaytarılmasına köməklik göstərməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk.
Zərərçəkmiş, Xocalı İsmayılov
İfadetv. com saytının araşdırmaları zamanı məlum olmuşdur ki, əslən Ağsu rayonundan olan Gündüz Əliyevin rəhbəri olduğu “Royal Print Company” MMC 2001-ci ildən fəaliyyətdədir. “Royal Print Company” MMC-nin əsas fəaliyyət sahəsi vizitkartların istehsalıdır. Vergi ödəyicisi kimi ( VÖEN 2001675701) uzun müddət fəaliyyət göstərməsinə baxmayaraq bu günə qədər sifariş yerinə yetirmək, müxtəlif xidmətlər göstərmək, əsasən Türkiyədən poliqrafiya məhsullarını ucuz alıb Azərbaycana gətirməklə çoxlu qazanc əldə etmək adı altında 2017-2018-ci illər ərzində bir epizod uzrə aldatdıqları 8 nəfər şəxsdən üst-üstə 300000 ABŞ dollar pul alıb dələduzluq etmişlər. Sonradan aldandıqlarını başa düşən 8 nəfər zərərçəkmiş şəxsin 03 mart 2018-ci il tarixli şikayət ərizələri əsasında dələduz dəstənin əsas fiquru hesab edilən Əliyev Elvin Gündüz oğlunun barəsində məhkəmənin qərarıilə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdir. Elvinin həbsdən xilas edilməsi üçün dəstənin digər üzvləri – atası Gündüz Əliyev, qardaşı Elmir Əliyev və xalası oğlu Elməddin məcbur olaraq özlərinə məxsus avtomobil və digər əmlaklarını sataraq zərərin bir qismini ödəmiş, yerdə qalan zərərçəkmişlərlə saxta borc müqaviləsi bağlayaraq onların şikayətlərinin geri götürüləcəyi təqdirdə vurulmuş ziyanın yaxın zamanlarda ödənilməsi öhdəliyini götürmüşlər. Dələduz dəstə ilə zərərçəkənlər arasında anlaşmadan sonra şikayətlər geri götürülmüş və əsas dəlduz Elvin Əliyev məhkəmənin hökum ilə CM-nin 178.1-ci maddəsi üzrə 5 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilmişdir. Son bir il ərzində dələduz dəstədən ziyanın ödənilməsini tələb edən 8 nəfər şəxsə pullarını qaytarmaq üçün dəstənin əsas hədəfi nisbətən gənc və rayondan gəlmiş təcrübəsiz insanlar olmuşlar. Budur, növbəti “qurbanlar” Xocalı İsmayılov və dostları olmuşlar ki, üst üstə dələduz dəstə onlardan “investisiya” qoymaq adı altında 32000 manat pul aldadaraq mənimsəmiş və dərhal da köhnə borclarını ödəməyə yönəltmişdir. Bir sözlə, dələduz dəstə fəaliyyətlərinə güclü himayədarlarına güvənərək (bunlardan birisi də hələlik adını müəyyənləşdirə bilmədiyimiz Nəsimi RPİ-nin polis kapitanıdır) davam edir və cəmiyyətdə təcrübəsiz cavanlara qarşı dələduzluq edirlər. Məsələn, dələduz Elvin Əliyev 27-ci Polis Bölməsi tərəfindən sentyabrın 23-26 arası axtarışda olduğu bir vaxtda, yəni 24 sentyabr, saat 15-16-da atası Gündüz Əliyev Elvinin icarəyə götürdüyü TOYOTA Camry markalı parlaq mavi rəngli avtomobillə Elvinin xalası oğlu Elməddinlə birlikdə Nərimanov rayonu, Ə.Qayıbov küçəsində yerləşən GPS.AZ şirkətinin yerləşdiyi ofis binasına gələrək Əli adlı ( mob. 055-788 43 33) Elvinin iş görmək adı ilə aldatmaq istədiyi şəxslə görüşüb ondan Elvinin əvəzinə pul istəmişlər. ( foto və votsap yazışması əlavə olunur)
İfadətv.com saytı olaraq hesab edirik ki, bu dələduz dəstənin fəaliyyəti nəzarət altına alınmalı, külli-miqdarda vergidənyayınmaları, aldatdığı insanların sayı, dələduz dəstənin əhatə dairəsi müəyyənləşməli, vətəndaşlara vurduqları ziyanlar ödənildikdən sonra isə nə qədər ki, gec deyil, tezliklə öz hüqüqi qiymətini almalı və cəmiyyətdən təcrid edilməlidirlər.
Dələduz Elvinin aldatdığı GPS.AZ saytının əməkdaşı Əli ilə "İnvestisiya" söhbəti.
Dələduzun 9-cu mikrorayonda aylıq 800 manata kirayələdiyi və atası Gündüz,
qardaşı Elmirlə birlikdə yaşadıqları 4 otaqlı mənzilin icarə müqaviləsi.