İŞIQ GƏLƏN TƏRƏFƏ, YOXSA İT HÜRƏN TƏRƏFƏ GETMƏLİ?!
İqtisadiyyatdan anlayışı olanların hamısına məlumdur ki, ölkəmizi dağıdan, yıxıb sürüyən korrupsiyadır, rüşvətdir. Dərhal müştuluq verərəm o şəxsə ki, mənə bir yer göstərsin ki, orada korrupsiya-rüşvət olmasın. Böyükdən kiçiyə hər kəs rüşvət alır, hər kəs rüşvət verir. 7-8 il öncə "Ərəb baharı" oldu, xalqımızın bəzi xırda radikal qrupları ayaqlandı ki, etiraz etsin, qanunsuz mitinq etdilər, cəzalananlar da oldu. Arxasınca dərhal 1 aylıq islahat dalğası başladı. Rüşvət azaldı, qanunlara az da olsa, hörmət olundu. Bu qısamüddətli olsa da yenə də korrupsiya-rüşvətxorluq bütün ölkə boyu tüğyan edir və etməkdə davam edirdi, artır, bir sözlə ölkəni uçuruma sürükləyirdi".
Əsasən dövlət idarələrində çalışan yüksək və orta ranqlı bəzi məmurlarımız dövlət büdcəsini talamaqla qanunsuz yollarla ələ keçirdiyi milyonları, milyardları xaricə çıxarmaq üçün çalışır. Hərə özünə bir korrupsiya mexanizmi qurub. Sxem təxminən belədir: Vəzifələrdən süi-istifadə edilməklə toplanan varidatın çox hissəsi təhlükəsiz hesab edilən xarici ölkələrə daşınır. Belə milyonların idarə edilməsi üçünsə ya məmur oğulları, ya da yaxın adamları uzunmüddətli yaşamaq və biznesi inkişaf etdirmək üçün həmin ölkələrə ezam olunurlar. Bir sözlə, məmurlarımız “Haqqın yolu”nu tapıblar. Özlərinə həm respublika içində respublika, həm də xaricdə azad biznes imperiyası qurublar. Məsələn, elə bir fakt ortaya qoyula bilərmi ki, İqtisadiyyat naziri cənab Mikayıl Cabbarodan və Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyev, Müdafiə Sənayesi naziri cənab Mədət Quliyev istisna olmaqla, hər hansı bir məmurumuzun xaricdəki biznesini idarə edən oğlu və ya qızı bu işlə məşğul olmasın? Amma yaxşı olmazdımı ki, “çirkli” yollarla qazandıqları pulları hörmətli məmurlarımız ölkə daxilində bizneslərinə sərf etsinlər. Ki, dövlət büdcəsi də az çox faydalana bilsin. Lakin çox təəssüf.
Doğrudur, bir tərəfdən üzünü xarici dövlətlərə çevirən məmurlarımızı başa düşmək olar ki. onları xaricdə bizneslər qurmağa vadar edən ən başlıca səbəblərdən biri də ölkə daxilinə qoyulan sərmayələri rüşvətin amansızcasına udması və məhv etməsidir. Onun üçün də daha heç kim nə verilən qərarlara, nə verilən vədlərə, nə də gələcəyə inanır. İnsanlarımızda “başlı başını saxlasın”, gözü almayan ölkəni tərk etsin prinsipilə düşünür, daşınır, Vətəni hansısa yollarla tərk etməyin yollarını axtarır.
Budur, koronavirus qapımızı aldırıb. İndi nə etməli, hörmətli cənablar? Hesab edirəm ki, vəziyyət belə davam edərsə, koranavirus rüşvət pandemiyasını geridə qoyar, onu əvəzləyə bilər. İndi Ümumdünya Səhiyyə Təşkilatı bütün dünya ictimaiyyətinə bəyan edir ki, koronavirus pandemiyasına qalib gəlmək üçün social izolyasiya yeganə çıxış yoludur. Bəs rüşvət pandemiyasına qarşı necə qalib gəlmək olar? Düzdür, Korrupsiyaya qarşı mübarizə hərəkatı hesab edilən “Beynəlxalq Şəfafflıq” bütün dünya ölkələrinə bu sahədə müsbət nəticələr əldə etmək üçün öz tövsiyələrini təqdim etsə də, hələlik Azərbaycan korrupsiyaya qarşı mübarizədə çox geridədir. Amma son hadisələr göstərir ki, ciddi sosial bəla hesab edilən koronavirus ictimai bəla hesab edilən korrupsiya pandemiyasını sürətlə əvəzləməyə başlamışdır. Belə ki. sosial həyatın “donma” mərhələsini yaşadığımız indiki zamanda cəmiyyətimiz öz özünün təcrid etməyə başlamışdır. Elə hörmətli məmurlarımız da öz canlarının hayındadırlar. Bir sözlə, korrupsiya arxa plana keçmişdir. Bəs bu vurha vurda sevinməyə dəyərmi?
Məmməd ƏHMƏDOĞLU
İfadetv.com