Yerli mənbənin redaksiyamıza verdiyi məlumat əsasında məlum olmuşdur ki, Bakı şəhərinin Sabunçu rayonu ərazisində, Bilgəh sanatoriyasından Nardaran kəndi istiqamətində, daha dəqiqi “Atlantes” restoranından 400 metr irəlidə, yolun sağındakı çimərlik zonasinda işbazlar əməlli-başlı qum karxanası yaradıblar. Belə ki, ağır texnikanın köməkliyilə bu ərazidən hər gün gecədən sübhədək onlarla yük avtomobili qumla yüklənərək “Nardaran qumu” brendi ilə baha qiymətə satışa göndərilir. Məsələnin dövlət və ictimai əhəmiyyətini nəzərə alaraq 25 gün əvvəl hadisə yerinə baxış keçirdik. Verilən məlumatlar doğru idi. “İşbazlar çimərliyi qum karxanasına çeviriblər” araşdırma yazısından sonra əvvəlcə DİN-nin bakı Baş polis İdarəsindən polis mayoru Azər müəllim redaksiyamızla əlaqə saxladıqdan sonra hadisə yerinə baxış keçirmiş və operativ olaraq iri qaya parçaları ilə çimərliyin giriş hissəsini bağlatdırmışdır.
Digər dövlət qurumları olan Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları da bizimlə birlikdə çimərliyin qum karxanasına çevrilmiş hissəsinə baxış keçrdikdən sonra müvafiq akt tərtib edililərək yuxarı instansiyalara rəsmi məlumatlar verilmişdir. Beləliklə, saytımızda gedən məqalədn sonra qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyatı dövlət qurumlarının operativ fəaliyyəti nəticəsində sözügedən ərazidən qanunsuz qum daşınmasının qarşısı alınmışdırdır.
Məmməd ƏHMƏDOĞLU
İfadetv.com
