Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsi, ev 2-də yaşayan Abdılov Abdulkərim Balağa oğlu ifadetv.com saytına verdiyi müsahibədə olis qoumların himayədarılğilə başına gətirilən dələduzluq faktlarından, ii ildir ki, yuxarı orqanlara etdiyi şikayətlərin nəticəsiz qalmasından, əsəb xəstəliyi tapmasından danışıb. Sadə bir xırda fermerin başına gətirilən hadisələri biz yalnız əvvəllər Amerika və İtaliya ölkələrinin mafia filmlərində izləyə bilərdik. İndi isə...
Uzun müddətdir ki, ailəmlə Binəqədi rayonun 28 May qəsəbəsi, İzlivnoy küçəsi, ev 2- ünvanında yaşayıram. Əvvəlcə 2017-ci ilin yazında yaşadığı evin həyətində oğluma 2 mərtəbəli evin təməl hissəsini tikmək üçün tanışım İskəndərov Novruz Zabit oğlundan evin sənədlərinin qaydasına salınması üçün müraciət etdim. O yaxın tanışları olan Sabirabad rayonunda pasport qeydiyyatında olan və Müşfiq qəsəbəsində faktiki yaşayan Fəxrəddin və Şamo qardaşlarının bu məsələni həll edə biləcəklərini demiş və onları əvvəlcə bizə dəvət etmişdir. Fəxrəddin özünü birqadir, Şamo isə usta kimi təqdim etmişdi. Onlar 1000 manat pullarını alıb evin fundament hissəsini tikib dedilər ki, evin sənədlərini, yəni tikintiyə icazə üçün lazım olan bütün sənədləri doğma qardaşı hazırda Nərimanov RPİ-nin 18-ci PB-də işləyən polis mayoru Qələndarın əlilə düzüb –qoşa bilər. Bu söhbətdən sonra evin tikintisi üçün Fəxrəddin məndən yaşadığı evdə məndən tikintiyə icazə almaq üçün beh olaraq 1000 (min ) manat beh olaraq almışdır. Bundan sonra Fəxrəddinin qardaşı Şamo və adlarını bilmədiyim yaxın qohumları işləyərək evin binövrəsini qazmış və beton tökmüşlər. Həmin vaxt Fəxrəddin evin eskiz layihəsi üçün də 86 manat pul lazım olduğunu bildirmiş və pulu nağd alıb getmişdir. Fəxrəddin sonra evin tikintisinə icazə üçün əlavə olaraq 2300 (iki min üç yüz) manat pul lazım olduğunu bildirmişdir. Mən Fəxrəddinə inandığımdan yenə də yaşadığım evdə bu pulu da ona verdim. Bir müddətdən sonra Fəxrəddin yenə məndən Xocahəsən Bələdiyyəsindən hansısa sənədi almaq üçün 1400 manat istəmiş, mən də həmin pulu təcili olaraq tanışım Səmədov Tofiq Məhəmməd adlı şəxslə ona göndərmişəm. Evimizin birinci mərtəbəsinin yarısı tikilən zaman yerli icra nümayəndəliyindən və polisdən əməkdaşlar gələrək sənədin olmamasına görə tikintinin dayandırlmasını tələb etmişlər. Bu zaman bizə aydın olmuşdur ki, Fəxrəddin heç bir səndə düzəldib yerli orqanlara təqdim etməmişdir. O bizim etimadımızdan süi-istifadə edərək aldatmış və sənədləri, rüsumları, layihələri düzüb-qoşmaq adı altında ondan ümumilikdə 4886 manat pul alıb mənimsəmişdir. Mən həmin pulları tanışım Tofiq və Novruz vasitəsilə və iştirakıilə Fəxrəddinə vermişəm. Fəxrəddin yalnız öz briqadasıilə evin binövrə işini görmüş və buna görə ayrıca 1100 (min yüz) manat nağd pul ödəmişdim. Mən aldadığımı başa düşdükdən sonra iki aya yaxın Fəxrəddindən pulun qayatarılması üçün onun mobil nömrəsinə 050-414 87 00-a dəflərlə zəng edib pulun qaytarılmasını tələb etdim. O isə öz növbəsində yenə mənə vədlər verərək sənədlərin düzələcəyindən dəm vurudu. Mən ona inanmadığımı və verdiyim pulun dərhal qaytarılmasını tələb etdim. Fəxrəddin şahidlərin yanında aldığı pulu elə onların özlərinə bildirmişdir ki, pulun 2000 (iki min ) manatını polis mayoru olan qardaşı Qələndara verib, qoy o pulu alım və üstünü düzəldib sənin 4800 manat pulunu qaytaracam. Amma pulu qaytarmadğına görə mən məcbur olub 2017-ci ilin avqustunda ərazi üzrə Binəqədi rayon Pİ-nin 40-cı PB-nə müraciət etdim. İşin icrası təhqiqatçı polis Rəşad Bayramova verilmişdir. Təhqiqatçı yarımçıq araşdırma aparsa da sonda 29 avqust 2017-ci il tarixli QƏRI ilə mənim ərizəm əsasında toplanmış materialda AR Cinayıət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olduğunu müəyyən etdiyinə görə materialı istintaq aidiyyatı üzrə Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərmişdir. Doğrudur, qəradad guya Fəxrəddini araşdırmaya cəlb edə bilmədiyindən onun yerinin müəyyən olunması üçün tapşırıq vermişdir. Halbuki, məndə olan məlumata və Fəxrəddinin mənimlə olan söhbətindən aydın olur ki, onu tapıb 40-cı PB-nin rəisinin yanına dəvət ediblər. Və o da tezliklə mənə pulun hamısını qayataracağını rəisə sonrada mənə söz vermişdir. Lakin vədinə əməl etmədiyindən onun əməlində cinayət tərkibi olduğundan araşdılması üçün İstintaq Şöbəsinə göndərilmişdir. Fəxrəddin özü də etiraf etmişdir ki, 40-cı PB-də ona qəti bildirmişlər ki, kişinin pulunu qaytarmasam həbs olunacağam.
İş Binəqədi RPİ-nin İstintaq şöbəsində müstəntiq Anar Ağalarovun (mob. 050-660 33 44) icraatında araşdırıldığı vaxt Fəxrəddinin Abşeron rayon Polis İdarəsində işləyən polis mayoru olan Ələddin adlı kürəkəni 2017-ci ilin noyabrın sonunda ona zəng edərək Fəxrəddinin sənə olan borcunu mən ödəyəcəyəm demiş və məni Müşfiq qəsəbəsi yaxınlığında olan evin yanına- yol kənarındakı VAZın həyətindəki kafeyə çağırmışdır. Lakin onu 1 saat gözləsəm də gəlib çıxmamışdır. Ələddin dediyi yerə gəlmədi və telefonda mənə acıqlı şəkildə bildirdi ki, gəlməyə vaxtım yoxdur. Mən Fəxrəddin-polis kürəkən-polis qardaş oyunundan çox əsəbiləşdim və sabahı gün sağlamlıq vəziyyətimlə bağlı Ə.D.Məlikov adına 6 N-li Birləşmiş şəhər xəstəxanasına yerləşdirdilər. 13 gün xəstəxana müalicəsindən sonra birtəhər özümə gəldim.
Bu məsələnin həll edilməsi üçün 2018-ci ilin yanvarında əslən İsmayıllıdan olan tanışım Ramizlə( mob. 070-396 13 22) Fəxrəddinlə qonşuluqda yaşayan böyük qardaçının evinə getdik. Bu evə Fəxrəddin, qardaşı Şamo, polis kürəkəni Ələddin və polis qardaşı Qələndar da gəlmişdilər. Qələndar qardaşı qeyd etdi ki, mənim pulum yoxdur və verməyəcəyəm. Lakin əvvəllər qardaşı Fəxrəddin məni inandırırdı ki, dövlət onun polis qardaşının əməyini yüksək qiymətləndirir, çoxlu vardidatı var (təkcə Bakıda 3 villası var) Və bu yaxında maddi imkanlarından istifadə edib Binəqədi rayonuna polis rəisi vəzifəsinə gələcəkdir. Mən də inanmışdım ki, belə bir qüdrətli polisin əlində bir evə sənəd düzəltmək çətin olmaz. Bu da son cavabları. Mən qardaşların bu görüşündəki son cavabdan hiddətlənərək Prokurorluğun Korrupsiya İdarəsinin 161 qaynar xəttinə zəng edib şikayət etdim. Lakin məni başa saldılar ki, gərək mən yazılı ərizəilə müraciət edim. Bundan sonra mən Binəqədi RPİ-nin İstintaq Şöbəsində araşdırılan işlə maraqlandım Və Anar Ağalarov mənə bildirdi ki, iş yekunlaşıb sənin işin məhkəməlikdir. O bir Vahid adlı vəkli yanına dəvət etdi Və cibindən 50 manat da çıxarıb verdi ki, bu kişinin işilə məhkəmədə məşğul ol. Mən ondan çıxardığı qərarı istədim. Müstəntiq Anar bildirdi ki, qərarı get Vahiddən al. Mən ayrı-ayrı vaxtlarda üç dəfə qərarı almaq üçün Vahidin yanına getdim. Axırda o bezib əl çək məndən qərar məndə deyil Anardadaır dedi. O zaman mən hiss etdim ki, Anar şikayət etdiyim dədləduz Fəxrəddin barədə ona 40-cı Polis Bölməsindən gəlmiş qərarı da rədd edərək cinayət işinin başlanmasına xitam vermişdir. Fəxrəddinin dələduzluğu barədə sonradan öyrəndim ki, o tək mənə deyil, xeyli insanı da polis mayoru Qələndar qardaşının əlilə ev sənədi düzəltmək adıilə aldatmışdır. Belə ki, bizim evin yaxınlığında kafedə işləyən Rusiya vətəndaşı (Dağıstandan Bakıya ərə gəlmiş) Esmira adlı xanımdan da borc adı altında 1400 manat pulunu alıb qaytarmır.Guya Fəxrəddinin arvadı ağır xəstə imiş və təcili əməliyyat olunması üçün yazıq qadının etimadından süi-istifadə edərək aldadıb pulunu mənimsəmişdir.Qadın hər gün Fəxrəddinin evinə gedib dava salır. Pulunu tələb edir. Digər şəxs qonşuluğumda yaşayan və tanıdığım fermer Əhmədov Etibar Söhbət oğluna ( mob. 050-312 43 26 və 070-312 43 26) da 2017-ci ildə kommersiya obyekti ( mağaza) üçün sənədlər düzəldəcəyi adı ilə 4500 manat pulunu alıb. Sənəd düzəltmədiyindən və çox dava-qırğından sonra Fəxrəddinin polis kürəkəni Ələddin gətirib onun susması üçün 2500 manat pulunu qaytarıb. Lakin yenə də 2000 manatını qayatarmaq istəmir. Lakin bu adamlar unudurlar ki, Ələddin Fəxrəddinlə birlikdə Etibara qaytardıqları 2500 manatı necə sayıb təhvil verdikləri, onu necə sığallamaları və danışıqlarının hamısı kənardan foto və videolentə alınmışdır.
Yuxarıda qeyd etdiyim və yuxarı orqanlara göndərdiyim şikayətlərə əsasən Baş prokurorluqda DİO-nəzarət şöbəsinin müdiri cənab Müşfiq Səfərovun və DİN-nin BİTSİ-nin rəis müavini Canpolad Danovun 23 aprel 2018-ci il tarixli cavab məktublarından aydın olur ki, AR CPM-nin 39.1.2 maddəsinə əsasən Fəxri Cabbarov barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında Binəqədi RPİ-nin İŞ-də müstəntiq A.Ağayarov tərəfindən araşdırma aparılaraq 16.12.2017-də cinayət işinin rədd edilməsi barədə 1-ci əsassız qərar qəbul edilmiş və eyni zamanda cənab M.Səfərovun rəsmi məlumatına əsasən də Binəqədi Rayon Prokurorluğunda aparılmış araşdırmaya əsasən işin cinayət tərkibi olmadığından mülki qaydada məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur.
Mən 16.12.2017-ci il tarixli qəradan Bakı şəhər prokurorluğuna şikayət verdim. Sağ olsunlar 19 aprel 2018-də Bakı şəhər prokurorununun müavini Mehman Qocayev qərarın əsassız olduğunu öyrənmiş və 19 aprel 2018-də ləğv etmiş və yenidən qiymət verilməsi üçün Binəqədi RPİ-nə göndərilmişdir. Yenə də işin icrtaatı müstəntiq Anar Ağayarova verilmiş və o da dələduz F.Cabbarov və onun polis qardaş və kürəkənilə gizli sövdələşdikdən sonra( rüşvətini aldıqdan sonra) 13 may 2018-də 3-cü dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir.
Mən yenidən Bakı şəhər prokuroru cənab İlqar Abbasovun qəbulunda oldum. Və şikayət etdim. O da Binəqədi rayonu üzrə kurator Vaqifə tapşırdı ki, bu kişinin pulunu alın verin özünə. Bundan sonra yenə də Binəqədi rayonr prokurorluğunda iş öyrənilmiş və müstəntiq Anar Ağayarovun əsassız 13 may tarixli qərarı 12 iyun 2018-də prokuror müavini Elgiz Qənizadə tərəfindən ləğv edilmişdir.
4-cü dəfə yenidən materialın icrası qanunazidd olaraq Binəqədi RPİ-nin baş müstəntiqi Anar Ağayarova təqdim edilmişdir. O da dələduz dəstədən külli-miqdarda rüşvət aldığına görə yenidən cinayəti ört basdır etmişdir.
Təbbi ki, Binəqədi RPİ-nin İstintaq Şöbəsində baş müstəntiq A.Ağalorov tərəfindən aparılan araşdırmalar səthi və sifariş əsasında aparılmış, dələduz dəstəilə gizli sövdələşmə nəticəsində 4 dəfə ardıcıl olaraq əsassız qərarlar qəbul edilmişdir. Hansı ki, hər iki təşkilata nüfuzları ilə təsir edən Fəxri Cabbarovun polis mayoru olan qardaşı Qələndarın və mayor kürəkəni olan Ələddinin dəridən-qabıqdan çıxması nəticəsində araşdırmaya şahidlər cəlb edilməmiş, zərəçəkənlər dəvət edilməmiş, Fəxrinin etirafı nəzərə alınmamış, üzləşmələr aparılmamışdır. Və ən acınacaqlısı isə müstəntiq A.Ağayarov əvvəlcədən mənə imzalatdığı ağ kağıza öz bildiyi kimi mənim əvəzimə izahat yazıb qeyd etmişdir ki, guya 4876 manat pulu mən etiraf edirəm ki, Fəxriyə ev tikmək üçün vermişəmmiş. Halbu ki, dələduz qardaşı Şamo ilə yalnız evin fundamentinə beton tökməyə görə 1000 manat almış və işlərini bitirmişlər. Guya mən 40-cı PB-də yazdığım izahatın əksinə olaraq izahat yazıb Anara vermişəm. Hesab edirəm ki, bu saxtakarlıq həyasızlığın və polis özbaşnalığının son həddidir. Yəni sifariş əsasında müstəntiq A.Ağayarov 4 dəfə təkrar qərar qəbul edib.
Biz də AR CPM-nin 212.3-cü maddəsinə əsasən araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Binəqədi RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi qərarından yuxarı prokurora 4 dəfə şikayət edirk.Binəqədi Rpi-nin rəisi Namiq müəllimin baş müstəntiq A.Ağayarovla sıx dostluq münasibətləri nəticəsində qanunvericiliyə zidd olaraq hər dəfə iş materialları qəsdən Anara verilirdi ki, bu korrupsioner də qulluq mövqeyindən süi-istifadə etməklə rəisinə arxalanıb hər dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə əsassız qəralar qəbul etmişdir.Və polis adına ləkə gətirmişdir. Qanunvericilik heç vaxt belə özbaşnalığa yol vermir.Elə ona görə də 19 yanvar mitinqləri zamanı fəalliq göstərən Qazax-Akstafa sakinlərinə görə rəis Namiq müəllimi haqlı olaraq təqaüdə göndərdilər. Binəqədi RPİ-dən fərqli olaraq bildirik ki, burada CPM-nin 39.1.2-maddəsini əsas götürmək qanusuzdur. Hesab edirik ki, Fəxri Cabbarov öz yaxın polis qohumlarıilə birlikdə mütəşəkkil dəstə formasında əvvəlcədən razılaşaraq bizi kimi sadə insanların etimadından süi-istifadə edərək pulumuzu dələduzluq yoluilə ələ keçiriblər. Bunun başqa anlamı YOXDUR!
İfadetv.com müsahibədə adı çəkilən şəxslərin və təşkilatların da mövqeyini işıqlandıra bilər.