Jurnalist Həbib Müntəzir hakimiyyətə qarşı radikal mövqeyi ilə seçilən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı ilə bağlı şok məlumatlar yayıb.
Jurnalist Rafiq Manaflının təsisçisi olduğu şirkətin “Meliorasiya və Su Təsərrüfatı ASC”-nin keçirdiyi tenderlərin bir-neçəsinin qalibi olduğunu bildirib:
“Bu gün Milli Şuranın qapalı iclasında təhqirlər edən Rafiq Manaflı Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri imiş. 2000-ci ildən özünün təsis etdiyi “Təkamül” MMC-nin direktorudur. Bu şirkət 2010-2017 illər arası “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən 1 milyondan çox tenderin qalibi olub. 2017-2020 məlumatlar bazada yoxdur. Bircə bunu tapdım ki, keçən ay da eyni dövlət idarəsindən 103857.7 AZN vəsaitlik tender udub. Bu adamın Milli Şuranın Koordinasiya Mərkəzində nə işi azıb?”
Jurnalist dedikləri ilə bağlı sübutlarını da təqdim edib:
//AzToday.az/