Bu günədək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 38 000-ə yaxın vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıb.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti göstərdikləri yüksək vətənpərvərliyə görə vətəndaşlara bir daha təşəkkür edib.
Hələliksə təşəkkür bir kənara qoyub 3-4 gün əvvəl prezident İlham Əliyevin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi general Arzu Rəhimova istnad edərək könüllü ordu sıralrına yazılanların syının 150 nəfər olması barədə dediklərini təhil edərkən yenə də 5-ci "kolon"un fəaliyyətinə rast gəlirik. Bəs görəsən bu ağır vəziyyətdə Prezidentə yalan məlumat verən general Arzu Rəhimov niyə məhz 150 rəqəmini dilə gətirmişdir? Bu sualın cavabını tapm üçün elə də uzağa getməyə ehtiyac duyulmur. General Arzu Rəhimov əslən Naxçıvan MR-nın Şəruru rayonundandır. Yəni, cənab Ramiz Mehdiyevin həmyerlisi olmaqla yanaşı. həm də birbaşa onun xeyir-duası ilə general poqonlaraına və yüksək vəzifəyə təyin olunmuş birisidir. Və güman edirik ki, A Rəhimov aldığı təlimt üzrə Prezident İlham Əliyevə könüllü olaraq orduda xidmət etmək istəyənlərin sayının 150 olduğunu deməklə. əslində özü də bilmədən ən böyük təxribat törətmişdir. Və təbii ki, erməni tərəfin əlinə bu statistik rəqəmlə "kozır" vermiş A. Rəhimov by məşhur "səhvini" necə düzəldəciyilə bağlı "ağsaqqalı" ilə məsləhətləşmələr aparmaqdadır.
İfadetv.com