Ramiz Mehdiyevə məxsus "Bank BTB" rəsmi internet saytında Qarabağı erməni dilində təqdim edir.
Bankın rəsmi internet saytında https://btb.az/az/officees Azərbaycan xəritəsini yerləşdirib. Yerləşdirilən xəritədə düşmən işğalında olan Qarabağın adı erməni dilində də yazılıb. Bu isə hazırki çətin dönəmdə cəmiyyət arasında birmənalı qarşılanmayıb.
Qeyd edək ki, "Bank BTB" ASC-nin səhmdarları haqda açıq mənbələrdən əldə edilən informasiyaya görə, səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19 faizi isə Rza İsmayıl oğlu Sadiqə məxsusdur. Media yazır ki, N. Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Bu məlumat indiyədək təkzib olunmayıb. //Kommersant.az//
P.S. Bu yerə xatırlatmaq yeinə düşərdi ki, 1 il əvvəl Ramiz Mehdiyevin Novxanıdakı baş evinə gətirilmiş elektrik mühəndisi həyətdə zədələnmiş kabeli təmir edərkən həyətin o biri başında iki qadının ( ana və qəz olan) erməni dilində danışaraq nərd oynamsının şahidi olmuşdur. Əgər PA rəhbərinin şəxsi evində danışıqlar erməni dilində aparılırsa, o zaman "Bank BTB" rəsmi internet saytında gedən hər hansı erməni yazısı bizə təəccüblü gəlmir.
Əsas məsələ "Bank BTB"nin bank işi adı altında əslində hansı işlərlə məşğul olmasını aydınlaşdırmaq lazımdır.
