iyul ayının 21-də ABŞ-ın Los Anceles şəhərində 30-40 azərbaycanlının qarşına 3 minə qədər erməninin çıxması və baş verən qarşıdurmada 7 soydaşımızın xəsarət alması təkcə ABŞ-dakı yox dərəcəsində olan diasporumuza vurulan zərbə hesab etmək olar. Azərbaycanın bu şəhərdə yerləşən baş konsulluğu qarşısında 200 minə yaxın ermənin yaşadığı Kaliforniya ştatının ən bğyük şəhərində təşkil olunmuş bu aksiya qarşı konsulluğumuz yalnız yerli polisə və şəhərdə yaşayan 30-40- azərbaycanlıya xəbər verməklə işini bitmiş hesab etmişdir. Bu da nəticə.
İlk öncə Azərbaycan Respublikasının Los Ancelesdəki Baş konsulluğun fəaliyyətinə gözucu nəzər yetirmək üçün rəsmi saytına baş vuraq.https://losangeles.mfa.gov.az/content/53 Göründüyü kimi burda heç formal xəbərlər belə rəsmi səhifədə yer almayıb. Bəs dövlətimizin xarici ğlkələrdəki diplomatik nümayəndəliklərinin fəaliyyəti üçün büdcədən ayırdığı molyonlarla vəsit necə oldu? Niyə Azərbaycanın dar günündə onun hqq səsini dünyaya çatdırmağı birbaşa vəzifə borcu olan Baş Konsulluğumuz 3000 təşkiltlanmış ermənin qarşısına 30 zərbaycanlını çıxarmaqla yanaşı. heç onların sırasına qatılmadı? cavab. Çünki Baş Konsul vəzifəsini daşıyan Nəsimi Ağayev adlı cavn oğlan hansısa papanın "gül balasıdır". Ömrü boyu heş bir çətinlik görməyən bu adam belə bir məsul vəzifəyə də arxsında dayanmış hansısa məmurun "dobrosu" əsasında ABŞ-a yola düşmüşdür.
Digər tərəfdən nazir oğullar olmuş Anar Məmmədov, Taleh Heydərovun ABŞ-da "qurub-yaratdıqları" diasport təşkilatları isə ümumiyyətlə ortalıqda görünmədilər. Xaricdə diasporlarımızın yaradılması və fəaliyyəti üçün dövlət büdcəsindən bu təyinat üçün ayrılmış milyonları özləri üçün əyləncələrə sərf edən nazir oğullarından nəsə ummaq yalnız sadəlövlük olardı. Axı diasport təşkilatı yaratmaq cənab Anar Məmmədov Bakı Aeroportunun uçuş zolağında son model "Ferrary" avtomobilini saatda 320 km sürətlə sürüb adrenalin almaq deyil. Və yaxud, Qəbələdə restorona məxsus ayı balasını 1.5 milyon manat hesab verməklə kəsdirib kabab sifariş etmək deyil. Və yaxud, ABŞ dövlət katibi Con Kerrinin rəsmi qəbuluna qoluna taxdığı 150000 dollralıq saatla qatılmaq demək deyil. Elə Taleh Heydərovun da ən çox Böyük Britaniyada diaspor adı ltında özünə çoxsaylı mülklərin alması və s. hərəkətləri bu sahədə olan ciddi boşluqlardan xəbər verir. Bir sözlə, hesab edirik ki, indiki ağır məqamda nə qədər ki, gec deyil, diplomatiyamızın xarici siyasət sahəsində apardığı uğursuz əməliyyatlara görə hər bir ölkədə fəaliyyət göstərən diplomatik korpus rəhbərindən təcili surətdə diaspora sahəsində gördüyü işlərin hesabı sorulmalı Və bunu uyğun olaraq onların fəaliyyətinin davam etdirilməsi və yaxud geri çağrılması məsələsi dərhal həll edilməlidir. Güman edirik ki, səfirliklərimizin 90 faizi tam tərkibdə yenilənməlidir.
İfadetv.com
