General-mayor Polad Həşimovun həlak olması ilə bağlı sosial mediada və bəzi saytlarda həqiqətə uyğun olmayan məlumatın və videomaterialın yayılması böyük təəssüf hissi doğurur.
Bu, Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
Videomaterialdakı 2016-cı ilin aprel əməliyyatları ilə bağlı iddialara cavab olaraq bildirilir ki, nəinki Talış kəndi istiqamətində, o cümlədən azad edilmiş heç bir yüksəklikdən bir addım da geri çəkilmə olmayıb və həmin yüksəkliklərə sancılan Azərbaycan bayraqları bu gün də orada dalğalanır.
Nazirlik, videoda general-mayor P. Həşimovun şəhid olması ilə bağlı irəli sürülən fərziyyələri qəti surətdə rədd edir və bunu şəhidlərimizin ruhuna hörmətsizlik kimi qiymətləndirir: “İddia edildiyi kimi general “cəbhə xəttindən 31 kilometr geridə” deyil, tabeliyində olan əsgərlərlə bir yerdə döyüşdüyü səngərdə şəhid olub. Buna görə də həmin materiallarda irəli sürülən iddiaların heç bir əsası yoxdur, yalandır və düşmən maraqlarına xidmət edir”.
Müdafiə Nazirliyi bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edərək, təmsil olunduqları media orqanlarında qeyri-peşəkar açıqlamalara, təhrif olunmuş və yanlış fikirlərə yer ayırmamağı, ümumilikdə şəhidlərlə bağlı yayılan xəbərlərə xüsusi həssaslıqla yanaşmağı və daha konstruktiv mövqe nümayişini tövsiyə edir.
P.S. MN-nin uydurduğu arqumentə cavab olaraq bildirək ki, "generalın əsgərlərlə birlikdə döyüşüdüyü səngərdə həlak olması" bəyənatı sadə insanlar üçün nəzərdə tutulmuşdur. Belə ki, səngər adətən düşmənlə üz-üzə mövqedə olur və 1-5 km məsafədə yerləşir. General Polad Həşimovla birlikdə artilleriya komandiri İlqar mirzəyevin və daha iki mayor rütbəli hərbçimizin eyni vaxtda şəhid olması o deməkdir ki. ən azından atrilleriya komandiri. yəni toplara əmr verən bir zabitin düşmənl üz üzə səngərdə olması absurddur. O qanunamüvafiq olaraq ən azı ön xəttdə olan top və artilleriya qurğularının yerləşdiyi 20-30 km arxa tərəfdəki mövqedə olmalı idi və bu belə də olmuşdur. Şəhid generalın da səngərdə olması ağlabatan deyil. Bu adam çox təcrübəli və müharibə qaydalarına uyğun hərəkət edən bir savadlı general idi Və P.Həşimovun idarəetmə məntəqəsini tərk edərək əsgərlərin olduğu səngərə gəlməsi heç bir məntiqlə izah olunmur. Çünki general vəzifəsinə görə eyni anda bir neçə postlarla əlaqə yaratmalı, artilleriya və raket sistemlərinə göstəriş verməli və sərhədd boyunca yerləşmiş digər zabit heyətilə mütəmadi əlaqə saxlamalı idi ki, bu işin icrası üçün də yalnış arxa zonada yerləşən bunkerdə xüsusi rabitə vasitələrilə həyata keçirilirdi. Yəni. bir sözlə, Müdafiə Nazirliyinin bəyanatı həqiqətə uyğun deyildir.
İfadetv.com
