Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin sabiq Baş qərargah rəisi və baş hərbi müfəttişi, general-mayor Movses Akopyan barəsində cinayət işi açıb.
Erməni KİV-lərinin verdiyi məlumata görə, onun barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb.
xxx
20 noyabr, 00:31
"Qarabağda "İsgəndər" raketindən istifadə etdik" deyən Ermənistan Baş Qərargahının keçmiş rəhbəri general-polkovnik Movses Akopyan Ermənistanın Xüsusi İstintaq Xidmətinə çağırılıb.
Publika.az-ın erməni KİV-lərinə istinadla verdiyi xəbərə görə, bu barədə M.Akopyanın özü məlumat verib.
General-polkovnik Xüsusi İstintaq Xidmətində dindirilməsinin təfərrüatları barədə məlumat verməyib.
Qeyd edək ki, daha əvvəl M.Akopyan Dağlıq Qarabağ münaqişənin eskalasiyası dövründə Ermənistanın "İsgəndər" operativ-taktiki raket kompleksini tətbiq etdiyini bildirib: "İsgəndər" tətbiq olunub. Amma hansı istiqamətdə atıldığını deyə bilmərəm".
P.S. Akopyanın dediyi "İsgəndər" raketlərindən 3-nün 9 noyabrda sülh müqaviləsi imzalandığı anda Xırdalan şəhəri istiqamətində Azərbaycan Hava Hücumundan Müdafiə sistemləri tərəfindən zərəsizləşdirildiyi güman edilir.