GÖRƏSƏN ERMƏNİSTANDAN FƏRQLİ OLARAQ AZƏRBAYCAN HOSPTAL VƏ XƏSTƏXANALARINDA MÜALİCƏ ALAN QAZİLƏRİMİZ ÜÇÜN PSİXOLOQ KADRLAR CƏLB OLUNUBMU?
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində müalicə alan Vüsal Musayevin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı sentyabrın 29-da Goranboy rayonunun Gülüstan kəndi istiqamətində olarkən düşmənin atdığı mərmi partlayışı nəticəsində xəsarət alaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində “partlayış travması, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət” diaqnozu ilə stasionar müalicə alan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər 1985-ci il təvəllüdlü Musayev Vüsal Eldar oğlunun 06 yanvar 2021-ci il tarixdə müalicə olunduğu xəstəxanada özünü asaraq intihar etməsi barədə Bakı hərbi prokurorluğuna məlumat daxil olub.
Ümumiyyətlə, qazi Vüsal Musayevin intiharı Müdafiə və Səhiyyə nazirliyinə ciddi siqnal ola bilərmi?
Mövzuyla bağlı hərbi ekspert, polkovnik-leytenant İbrahim Rüstəmli Hurriyyet.org-a bildirib ki, bu təkcə Müdafiə Nazirliyinin öhdəsindən gələ biləcək bir iş deyil, burda ölkənin bütün səhiyyə sistemi səfərbər olunmalıdır:
“Düşünürəm ki, müharibədən çıxmış hərbçilərdə çox ciddi psixoloji problemlər yaranır. Bu problemlərin həlli yalnız Müdafiə Nazirliyinin öhdəsindən gələ biləcək bir iş deyil. Bura işdə xüsusilə özəl tibb müəssələri səfərbər olunmalıdır. Yəni, Səhiyyə nazirliyi səviyyəsində psixoloji dəstəklər təşkil edilməlidir. İstənilən şəraitdə müharibə psixoloji travmadır. Müharibədən çıxmış qazilərimizin çox böyük psixoloji dəstəyə ehtiyacı var. Halbuki, bizim bu sahədə gördüklərimiz iş ya azlıq təşkil edir, ya da ümumiyyətlə yoxdur. Məsələn, “Vyetnam” müharibəsi, “ikinci dünya” müharibəsi və s. müharibələrin təcrübəsindən çıxış etsək, çox dəhşətli və acınacaqlı faktlarla üz-üzə qalmış olarıq. “Vyetnam” müharibəsindən sonra, ABŞ-da intihar edən amerikalı əsgərlərin sayı, onların Vyetnamda itirdikləri əsgər sayından heç də az deyildi…Yəni, bu çox ciddi və təhlükəli bir məsələdir. Buna ciddi yanaşmaq lazımdır. Bir daha təkrar edirəm ki, bu təkcə Müdafiə Nazirliyinin öhdəsindən gələ biləcək bir iş deyil. Burda ölkənin bütün səhiyyə sistemi səfərbər olunmalıdır. Müharibədən çıxmış hər bir əgərlə fərdi söhbətlər aparılmalıdır. Onun alt şüurunda özünə belə qaranlıq qalan və özünün belə görə bilmədiyi məqamlar öyrənilməlidir”.
Psixoloq Gülnar Orucova Hurriyyet.org-a müsahibəsində müharibədə iştirak etmiş hər bir şəxsə psixoloji dəstəyin mütləq olduğunu deyib. O, müharibədə iştirak etmiş əsgər və zabitlərin post travmatik stess yaşadığını bildirib:
“Ümumiyyətlə, müharibədə iştirak etmiş hər bir şəxsə psixoloji dəstək mütləqdir. Yaralı qazilərimizə, şəhid ailələrinə, eləcə də Tərtər, Gəncə və Bərdədə zərər çəkmiş mülki əhaliyə psxioloji yardımlar olunmalıdır. Buna ehtiyac var. Məsələn, müəyyən uşaqlar var ki, Gəncədə partlayış zamanı valideynlərini itirib. Belə uşaqlara psixoloji yardım mütləqdir. Çünki, onlar yaxınlarını itirib. Eləcə də yaxınlarını itirmiş istənilən yaşda olan insanın psixiolji yardıma ehtiyacı var. Ümumiyyətlə, müharibədə iştirak etmiş əsgər və ya zabitlər post travmatik stess yaşayır”. Ola bilər ki, həmin an motivasiyanın yüksək olması səbəbindən stress hiss olunmasın. Lakin, aylar keçdikdən sonra post travmatik stress yaranmağa başlayır.
Qeyd: Mövzunu daha geniş formada növbəti buraxlışlarımızda oxuya bilərsiniz.
YƏHYA
p.S. Bir MN-nin Mərkəzi klinik Hospitalında alan bir neçə qazimizlə söhbətlərdən sonra bu nəticəyə gəlirik ki, bəzi həkimlər maddi maraqları təmin olunmadığına görə yaralı əsgərlərimizə adi bir əşya kimi yanaşırlar. Onlar yalnız iş saatlarının bitməsini və tez çıxıb evlərinə getmələri barədə düşünürlər. Ermənistan mətbuatının verdiyi məlumatlarda isə müharibənin ən qızğın vaxtlarında yüzlərlə könüllü tibb və psixologiya üzrə təhsil alan tələbələr ayrı ayrı hospitallarda gecə-gündüz düşmən əsgərlərinin qayğılarına qalıblar. Onları ruhlandırıblar.