İnsan həyatı sözün həqiq mənsında böyük bir əsərdir.
Bəli, olduqca böyük bir əsər…
Bu gün Gəncə şəhərində, ziyalı ailəsində dünyaya göz açan Həsənov Zaur İbrahim oğlundan söhbət gedir. Deməli, Zaur evdə tək olubmuş. Bu an qapı döyülür və tanımadığı bir şəxs Allah xatirinə bir istəkan su istəyir.
Biz millət olaraq adət-ənənə prinsiplərini nəzərə alıb qapıya təşrif büyürən istənilən şəxsi evə dəvət edib, Allah verəndən süfrəyə rahlayırıq. Bu minvallah əsirlərlə bizə gələn qanunlar yaşanır və bundan sonrada yaşanacaq. Nə isə, keçək mətləbə…
Zauru tanıyanlar yaxşı bilir ki, onda olan xarakter, əxlaq, düşüncə, ailə mədəniyyətindən xəbər verir… Yuxarıda qeyd etdiyimiz hadisə, yəni evə gələn qonaq Zaura bildirir ki, səhətimdə bir az problem var, mənə icazə ver bir az yuxulayım.
Zaur etiraz etmir və həmən şəxsə deyir ki, narahat olma istirahət et özünə gəl. Oturduğu divan ustə istirahət edən şəxs birdən üz üstə yerə çırpılır. Belə bir məqəmda soyuqqanlıq olmaq həqiqətəndə iradə tələb edir. Vəziyyətin gərginliyini görən Zaur onun nəbzini yoxlayır. Artıq o insan keçinmişdir….
Təbii ki, hadisə barədə Zaur hüquq mühfizə orqanlarına məlumat verməli idi.
Evə polis və prokurorluq orqanlarının əməkdaşları gələrək hadisənin hansı səbəbdən baş verdiyini araşdırır. Nəticə etibarı ilə Zaur “cinayətkar” kimi tanınır və Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ömrünün qalan hissəsinin 19 ilini dəmir barmaqlar arasında keçirəcəyi məlum olur. Onu da nəzərinizə çatdıraq ki, istintaq zamanı dünysını dəyişən şəxsin yaxınlrından heç kim şikayətçi olmayıb. Dünyasını dəyişən şəxsin yaxınları bildirdi ki, rəhmətə gedən şəxs konkret narahat insan olub. Bu faktı mərhumun yaxınları öz ifadələrində bildiriblər. Maraqlı məqam ondan ibarətdir ki, ekspert rəyləri istintaq zamanı nəzərə alınmayıb…
Bununla yanaşı o türmə həyatı dövründə özünü çox nümunəvi aparıb. Cəza Çəkmə müəsisəsinin rəhbərliyi ondan çox razılıq edir. Bu ahıl yaşında onlarda Zaurun əfv olunmasını istəyir. Bizdə öz növbəşizdə 8 Saylı Cəza Çəkmə müəsisəsinin rəhbəri Süleyman müəllimə təşəkkürümüzü bildiririk. Belə insanlar haqqında yazmamaq olmur. Bağlı qapı arxasında insanların düzgün yolla islah olunub cəmiyyətə buraxılması üçün siz lər önəmlisiniz.
Hər zaman vətəninə, dövlətinə bağlı, sadıq olan Zaur illərdi türmə həyatı yaşamasına baxmayaraq, o bu bağlılığı ölkə Prezidenti İlham Əliyevin şəklini ürəyinin üstünə döydürməklə sadıqliyin ifadə edib. Qarabağ döyüşlərində fəal iştirak edən Zaur qardaşımız həmdə Qarabağ qazisidir, şəhid qardaşıdır. Bizdə çox ümid edirikki Cənab Prezifent Zaur qardaşımızı əfv edəcək.
Zaur vətənini sevən, dövlətinə bağlı olan vətəndaş olub. Ailənin bir üzvü 1-ci Qarabağ döyüşlərində şücayət göstərib, ən uca məqəma, şəhidlik zirvəsinə yüksəlib. Bütün bunları nəzərə alıb bildirmək istəyirik ki, Zaurun ailəsini tanıyan yaxinları, qohumları, ümüd edir ki, ölkə başçısı cənab prezident İlham Əliyev ziyalı ailəsinin səsinə səs verəcək və günahsiz həbs həyatını yaşayan Zaur əfv ediləcək.
Yaşasın Müstəqil Azərbaycan və onun Ali Baş Komandanı cənab İlham Əliyev.
Elman Nigaran