Etibarlı mənbənin verdiyi məlumata əsasən bir iki gün əvvəl Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cəlilabada rayon mərkəzində karantin rejiminin pozulmasıilə əlaqədar keçirdiyi növbəti reyd zamanı Xanəliyev Fuad Firudin oğluna məxsus olan “Okean” restoranında qumarxana aşkar edilişdir. Restoranda qumar oynayan 10 nəfər şəxs saxlanılmışdır. Mənbənin verdiyi məlumatdan o da aydın olmuşdur ki, “Okean” restoranında karantin zamanı qumarxanaya himayədarlıq edənşəxslərdən biri, hal-hazırda həbsxana həyatı yaşayan Namiq Zeynalov və Dövlət Əmlak Komitəsi sədri olmuş Kərəm Həsənovun rayon kənd təsərrüfatı idarəsinin sədri işləyən Rahib adlı birisidir.
Mənbənin verdiyi məlumata görə, “Oken” restoranının sahibi olan Fuadın təkcə Cəlilabad rayonunda fəaliyyət göstərən kommersiya obyektlərinin sayı-hesabı yoxdur. Belə ki, Fuadın qardaşı Qalib XanəliyevƏmlak Komitəsində işlədiyindən istəniln xoşları gələn obyekti zorla ələ keçirib öz adlarına sənədləşdirirlər. Belə obyektlərdən məsələn, Cəlilabad rayonun Göytəpə qəsəbəsində keçmiş nəhəng şərab zavodu, “Tut bağı” restoranı, istirahət mərkəzləri, şərab evi, “Okean” restoranı və c. obyektlər daxildir.
Yazıda adları çəkilən şəxslərin mövqelərini dərc etməyə hazırıq.
İFADETV.COM